Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsrail-Soros davası qızışır: “Bu adam həmişə İsrailin ayağının altını qazır” – Təhlil

Tarix 14.07.17, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


Avigdor Eskin

ria.ru, 13.07.2017

“İsrail Sorosa qarşı” – bu, çoxları üçün əcaib səslənir. İranda Corc Sorusu “sionçu” adlandırmaq qəbul edilib. 

Amma siyasi baxımdan məlumatlı israilli sionçulardan soruşsanız, onlar Sorosu dünyada ən çox nifrət etdikləri adam adlandırarlar.

Buna görə də İsrail XİN-in Sorosa qarşı bəyanatı heç kimi təəccübləndirməyib: “Bu adam İsrailin demokartik seçilmiş hökumətinin həmişə ayağının altını qazır, yəhudi dövlətinmə qarşı yalan yaymaqla məşğul olan və onu özünü müdafiə etmək hüququndan məhrum etməyə çalışan müxtəlif təşkilatları dəstəkləyir”.

İndiki münaqişə Macarıstanda baş nazir Viktor Orbanın Sorosa qarşı başlatdığı kampaniya üzündən qızışıb. Küçələrdə macarların onların daxili işlərinə qarışmamaqda haqlı tələblərinin əks olunduğu plakatlar asılıb. Məlum olduğu kimi, Soros Macarıstan hökumətini müsəlman qaçqınları qəbul etməyə hazır olmadığına görə pisləyib. Orbanın cavabı macarların böyük əksəriyyətinin xarici milyarderlərin onların ölkəsinin daxili işlərinə qarışmağının lazım gəlmədiyi haqda təsəvvürünə tam uyğundur.

Qeyd etmək lazımdır ki, bu kampaniya ekstremist qruplar tərəfindən antisemit və neofaşist təbliğatı üçün istifadə olunub. Həm Macarıstan yəhudi icması, həm də İsrail səfiri tərəfindən bəyanatların səbəbi məhz bu olub.

Əlbəttə, İsrail hökuməti neonasist nümayişlərdə yolverilməz hadisə  görür. Lakin marginal ekstremistlərin əsaslandırılmış narazılığın ifadəsi ilə həmlələrini – daha dəqiqi, dəridən-qabıqdan çıxmağını – kürəsəlçi milyarderin Avropa ölkələrini demoqrafik fəlakətə vadar etməyə kobud cəhdləri ilə dolaşıq salmaq olmaz.

İndi sözün həqiqi mənasında Soros və İsrailin münasibətlərinin tarixi haqda. İsraildə Sorosa qarşı ədavət onun yəhudi dövlətinə ardıcıl düşmən münasibətinə cavabdır. O, təkcə bu və ya digər hökumətin siyasətini tənqid etməyib, həm də İsrail özünün mövcudluq haqqını şübhə altına alan BDS kimi təşkilatları fəal şəkildə maliyyələşdirib. Hətta Soros solçu-liberal dünyagörüşlü adamları hakimiyyətə gətirmək qəsdilə İsraildə seçki kampaniyalarına fəal şəkildə qarışıb.

Ancaq burası da var ki, onun ABŞ Dövlət Departamentinin antiisrail fəaliyyətindəki iştirakı olmasaydı, bütün bunlar isarillilərlə Soros arasında nifaq predmeti klimi qalardı.

Bu günlərdə Rusiyanın guya Amerikanın seçkiqabağı işlərinə qarışması mövzusu antirusiya lavası kimi  gündən-günə media püskürməsi verir. Anonim Rusiya hakerlərini demokratların elektron poçtunu sındırmaqda şübhəli bilirlər. Bununla belə, 2015-ci ildə amerikalıların özləri İsrail baş naziri Netanyahuya qarşı kampaniyanı birbaşa maliyyələşdirirblər. Bu, artıq ABŞ Konqresində də, İsrail KİV-lərində də müzakirə olunub və ictimain şüurun gərəkən səviyyəsinə qədər qalxmayıb.

Deməli: İsraildə seçkiqabağı kampaniyanınm gedişində ABŞ Dövlət Departamenti Netanyahunun seçilməsinə qarşı iş aparmaq üçün OneVoice International təşkilatına 350 muin dollar köçürüb. Bu pullar İsrail daxilindəki V15 qrupuna göndərilib – qrup məqsədyönlü şəkildə Netanyahuya qarşı ləkələyici material axtarmaqla məşğul olur, ona qarşı qəzetlərdə pulli bildirişlər dərc etdirir və şayiələr buraxırdı.

İndi isə sezməyə çalşın: OneVoice International kimə məxsusdur? 2003-cü ildə bu kürəsəlçi liberal strukturun mənbəyində kim durub? Əlbəttə, bu, Corc Soros idi.

Ayrıntılayaq: pullar ABŞ dövlət büdcəsindən İsraildəki seçkilərə müdaxilə üçün göndərilmişdi. Mifik hakerlər deyil, Sorosla bir yerdə ABŞ Dövlət Departamenti.

Həm də axı söhbət ABŞ-ın rəqibindən deyil, guya ki, dost ölkədən gedir. O, müttəfiqlərə münasibətdə özünü bu cür aparırsa, onda onun rəqiblərin işinə qarışmaq metodikası və miqyasını daha diqqətlə öyrənməyinə dəyməzmi?

İsraildə artıq tam apaydınlığı ilə dərk ediblər ki, “narıncı” texnologiyalar hansı təhlükəni daşıyır. Likuddan knesssetin deputatı hazırda Sorosun öz QKT-i vasitəsilə İsrailin işlərinə qarışmağına imkan verməyəcək qanun layihəsini müzakirəyə qoyub.  

Və sonra. İsrail baş naziri Netanyahu növbəti həftə dostluq səfəri ilə Macarıstana yollanır.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 208




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap