Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

İsrail “Boeing“ ilə müqavilə imzaladı: Yeni nəsil “F-15“ qırıcıları alır

Tarix 07.11.24, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


İsrail "Boeing Co" (BA.N) şirkətindən 25 ədəd yeni nəsil "F-15" qırıcı təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 5,2 milyard dollarlıq müqavilə bu ilin əvvəlində ABŞ administrasiyası və Konqresi tərəfindən təsdiqlənmiş ABŞ-nin daha geniş yardım paketinin bir hissəsidir.

Nazirlikdən bildirilib ki, yeni "F-15IA" təyyarələrinin tədarükü 2031-ci ildə başlanacaq və ildə 4-6 təyyarə təhvil veriləcək.

Təyyarə mövcud İsrail silahları ilə inteqrasiya olunmuş silah sistemləri ilə təchiz olunacaq, həmçinin artırılmış uçuş məsafəsi və faydalı yükə malik olacaq.

"Bu üstünlüklər İsrail Hərbi Hava Qüvvələrinə Yaxın Şərqdə mövcud və gələcək məsələlərin öhdəsindən gəlməkdə strateji üstünlüyün qorunub saxlanılmasına imkan verəcək", - deyə nazirliyin bəyanatında qeyd edilib.

"Bu "F-15" eskadrilyası bu ilin əvvəlində alınmış üçüncü "F-35" eskadrilyası ilə birlikdə bizim hava gücümüzün və strateji imkanımızın tarixi yüksəlişini təmsil edir ki, bu imkanlar cari müharibə zamanı həlledicidir", - deyə Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir bildirib.

Zamirin sözlərinə görə, hökumət 7 oktyabr 2023-cü ildə Qəzzada müharibə başlayandan bəri təxminən 40 milyard dollarlıq satınalma müqavilələri bağlayıb.

"Qabaqcıl silahlara və sursatlara olan təcili ehtiyaclara diqqət yetirməklə, biz eyni zamanda uzunmüddətli strateji imkanlara da sərmayə qoyuruq"- deyə o qeyd edib.//Oxu.Az



Xəbərin oxunma sayı : 898




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap