Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İsrail İranın hərbi qüvvələrinə zərbələr endirdi –Dəməşqdə hərbi bazalar raket atəşinə tutulub

Tarix 21.01.19, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 21-də səhər İsrail ordusu Suriyadakı İran hərbi hədəflərini vurduğunu təsdiqləyib. Bundan bir neçə saat öncə İsrail qüvvələri günün günorta çağı Dəməşq Beynəlxalq Aeroportu yaxınlığına raket zərbələri endirmişdi.

İsrailin raketdən müdafiə sistemləri Qolan Yüksəkliyi üzərində raket aşkarladığını bildirəndən sonra belə bir bəyanat yayılıb.

“İranın Suriya ərazisindəki Qüds hədəflərini vurmağa başlamışıq. Suriyanın Silahlı Qüvvələrinə İsrail qüvvələri və ərazisində ziyan vurmamaq xəbərdarlığı edirik”, – dey’ İsrail ordusu bəyanatda bildirib.  Qeyd edək ki, bəyanatda raket zərbələrinin detalları açıqlanmayıb.

Ancaq Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı Dəməşq aeroportu ərazisinə raket zərbələri endirildiyini xəbərləyib. Bu raketlərin İranın və Livanın Hizabullah şiə yaraqlı qruplaşmasının silah depolarını vurduğu bildirilir.

İsrail indiyədək qonşu Suriyada hərbi əməliyyatlarını açıq şəkildə təsdiqləməyib.

Suriya ordusunun məlumatına görə, İsrail yanvarın 20-də günorta 1-dən sonra intensiv raket zərbələri endirib. Suriya qüvvələrinin raketlərin çoxunun hədəfə dəyməsini önlədiyi xəbər verilir. Suriya dövlət mediası bildirir ki, hava müdafiə qüvvələri Dəməşqin cənubunda beynəlxalq aeroport yaxınlığına İsrailin raket zərbəsinin qarşısını alıb.

Dövlət Televiziyası İsrailin Dəməşq aeroportu yaxınlığına altı raket atdığını, onlardan beşinin vurulduğunu bildirir.
Rusiya ordusu isə İsrailin dörd “F-16” qırıcısının Suriya ərazisinə raketlər atdığını, bundan sonra Suriya hava qüvvələrinin yeddi raketi məhv etdiyini vurğulayıb.

Rusiyayla İran Suriya müharibəsində prezident Bəşər Əsədi dəstəkləyir. Bu ölkədə vətəndaş müharibəsində yüzminlərlə adam həlak olub, milyonlarla suriyalı evindən didərgin düşüb. İsrail isə İranın hərbi baxımdan Suriyada möhkəmlənməsinə imkan verməyəcəyini deyib.







Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap