Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İsrail ordusu işğal etdiyi Qəzzadan çəkilməyə başlayıb - VİDEO

Tarix 10.10.25, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


İsrail Təhlükəsizlik Kabinetinin Qəzzada atəşkəs razılaşmasını təsdiqləməsindən sonra İsrail ordusunun bölgədə işğal etdiyi bəzi ərazilərdən qismən geri çəkilməyə başladığı bildirilir.

İsrail mediasının məlumatına görə, atəşkəs razılaşmasının qüvvəyə minməsindən dərhal sonra ordunun müəyyən mövqelərdən çıxarılması prosesi başlayıb.

Təhlükəsizlik Kabineti dünən Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə toplanaraq Hamas ilə əldə olunan atəşkəs razılaşmasını müzakirə edib. Toplantıda ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner də iştirak edib. Məlumata görə, beş ifrat sağçı nazir razılaşmaya qarşı çıxsa da, atəşkəsin ilk mərhələsi təsdiqlənib.

İsrail dövlət televiziyası "KAN"-ın xəbərinə əsasən, qərarın qəbulundan sonra ordunun bir hissəsi Qəzzədə işğal altında saxlanılan bölgələrdən “tənzimlənmiş mövqe xətlərinə” doğru geri çəkilməyə başlayıb. İsrail Ordu Radiosu da bir neçə briqadanın Qəzza zolağından çıxarıldığını təsdiqləyib.

Bölgədən yayılan görüntülərdə çəkilmə əməliyyatının ardından sərhəddə hərbi hərəkətlilik müşahidə olunub. Kadrlarda çox sayda tank və zirehli texnikanın Qəzza ərazisindən çıxarıldığı görünüb.






Xəbərin oxunma sayı : 1495




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap