Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsrail qorxulu gələcək ərəfəsində:boykot hərəkatı böyüdükcə ölkənin iqtisadiyyatı kiçilir

Tarix 18.01.18, 2:26

Font ölçüsü : - / +
bitmap-img6


Meron Rapoport

“Middle East Eye” (Böyük Britaniya)


Baş nazir Benyamin Netanyahu ötən həftə zəfərli əhval-ruhiyyədə idi. Onun koalisiyası bir neçə mübahisəli qanunun qəbul edilməsinə nail oldu və hökumətin 2019-cu il üçün rekord məbləğdə büdcəsini təsdiqlətdi: 400 milyard şekel (117 milyard $).

Qüdsdə keçirilən iqtisadi konfransda baş nazir deyib: "İsrail siyasi-iqtisadi və hərbi qüdrətinin görünməmiş mərhələsindədir və ölkə tanınmaz şəkildə yaxşılığa doğru dəyişir".

Hər siyasətçi kimi, Netanyahunun sözlərində də müəyyən lovğalıq var. Ancaq İsrailin yaxşı göründüyünü inkar etmək mümkün deyil. İqtisadiyyatı 2017-ci ildə 3% böyüyüb, ixracat ilk dəfə 100 milyard $ həddini keçib və İsrailin yüksək texnologiya şirkətlərinin ixracatı 23 milyard $-lıq rekord səviyyəyə çatıb.

İsraildə adambaşına düşən ÜDM 40 min $-a çatıb, yəni Fransadan da yüksək. Cəmi 10 il bundan əvvəl adambaşına düşən ÜDM 25 min $ idi.

Amma eyni həftədə hökuməti yenidən Boykot, Məhrumetmə və Sanksiyalar (BMS) hərəkatına qarşı yeni tədbirləri elan edib. Bir neçə təşkilat fəalının İsrailə girişi qadağan olunub. İsrail iqtisadiyyatı yaxşı durumdadırsa, BMS əleyhinə tədbirlərinə kim etiraz edəcək ki?

Ötən həftədən başlayaraq İsrail BMS əleyhinə çərçivədə daha bir addım atıb. 2011-ci ildə "onun nəzarəti altındakı sahələr"də (işğal olunmuş Qərbi Şəriyyədə) qanunu pozan hər kəs böhtançı sayılacaq və ziyana görə kompensasiya ödəməli olacaq.

Keçən il İsrail Daxili İşlər Nazirliyinə BMS əleyhinə qanunun tətbiq olunduğu istənilən şəxsin ölkəyə girişinə qadağa qoyması səlahiyyəti verilib. Ötən həftə elan edilən tədbirlər bu qanuna uyğunlaşdırılıb.

Şübhə yoxdur ki, yeni tədbirlər İsraili "Yaxın Şərqdəki yeganə demokratiya" iddiasından uzaqlaşdırır.

Apelyasiyasız qadağa

BMS çərçivəsində girişi yasaqlananlardan biri “Amerika Yəhudi Sülh Səsi”dir (JVP).

Qanuna əsasən, hər bir yəhudi İsrailə köç edə və "Qayıdış Qanunu"na əsasən, dərhal İsrailli vətəndaşlığı qazana bilər. Əgər o, Qərbi Şəriyyədəki İsrail qəsəbələrindən gələn məhsullara boykota çağırırsa, İsrailə giriş yasaqdır.

Başqa sözlə, ən azı yəhudilər üçün İsrailə giriş siyasi baxışlardan asılıdır.

2011-ci ildən boykot əleyhinə qanun bir şəxsin boykot çağırışının faktiki ziyana səbəb olub-olmadığını müəyyən etmək üçün məhkəmə araşdırmasını tələb etsə də, giriş qadağası qanunu belə bir şey tələb etmir. Daxili İşlər Nazirliyi təqsirkarı müəyyən edir və həmin şəxsin məhkəməyə müraciət etmə imkanını məhdudlaşdırır.

Boykot qanunun əsasən işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrinə qarşı olan və onlarla mübarizə aparmaq istəyən İsrail vətəndaşlarına yönəlsə də, giriş qadağası ölkədən kənarda fəaliyyət göstərən insanlar və təşkilatlara yönəlib.

Girişinə qadağa qoyulan təşkilatların əksəriyyəti Avropada və ya ABŞ-da yerləşir, amma İsrail BMS hərəkatı ilə mübarizəni davam etdirmək üçün bu ölkələrlə münasibətləri təhlükə altına almağa belə hazırdır.

Ötən həftə Norveçin xarici işlər naziri İne Eriksen Söreyde norveçli bir sülh fəalının İsrailə dönməsinin qadağan edilməsinə etiraz edib. Oxşar hadisələr tezliklə təkrarlana bilər.

Təbliğat fondu

BMS fəallarına qadağa diqqət çəkib. Ancaq İsrailin boykot hərəkatına qarşı mübarizədə qəbul etdiyi qanunlar aysberqin yalnız görünən hissəsidir. İsrailin bir müstəqil internet saytında hökumətin Strateji İşlər Nazirliyi vasitəsilə BMS hərəkatı və təəssübkeşlərinə qarşı gizli təbliğatın dəstəklənməsinə 100 milyon $-dan çox vəsait ayırdığı açıqlanıb.

Pul İsrailin xaricindəki "proxy" təşkilatlara yönəldilib. Bu təşkilatlar İsrail siyasətinin lehinə təbliğat aparır və İsrail hökumətinə hesabat vermir. Vəsaitin bir qismi də beynəlxalq mediada sərfəli mövzuların “satın alınmasına" xərclənir.

Bu günlərdə Strateji İşlər Nazirliyi İsrailə qarşı mübarizənin əleyhinə "ictimai məlumatlandırma fəaliyyəti" üçün 128 milyon şekel (37 milyon $) vəsait ayırdığını elan edib. Öz nəfinə olan bu fəaliyyətlərdən məsafədə qalmaq üçün İsrail hər vasitə ilə iddiaları təkzib edir.

Bəs nə üçün İsrail yəhudi diasporu və Avropadakı dost ölkələrlə əlaqələrə zərər vurmağa hazırdır? İsrail iqtisadiyyatına az təsir göstərildiyi iddia olunan BMS hərəkatı ilə mübarizə aparmaqdan ötrü bu qədər pul sərf etmənin məqsədi nədir? İsrail qəzetlərinin BMS əleyhinə yazılarından nəyə görə narahat olmalıyıq?

Bir neçə mümkün cavab var.

Birincisi, bu səy, kənara deyil, içəriyə doğru yönəldilir. Mövcud sağçı hökumət yeni qəsəbələrə qarşı hər hansı bir daxili siyasi kampaniyanın qarşısını almaq etmək istəyir. Bu səy, əlbəttə, nəticə verir. Qəsəbələrə qarşı müxalifət İsrail mətbuatından demək olar ki, itib.

İkinci cavab – Qərbi Şəriyyədəki yaşayış məntəqələrindən gələn İsrail məhsulları ilə əlaqədar etiraz güclənir. İsrail tərəfindən sıx təzyiqlərə baxmayaraq, Avropa İttifaqı bu qəsəbələrdən gələn məhsulların markalanmasına israr edir. Məsələn, “SodaStream” şirkəti Qərbi Şəriyyədən İsrailə daşınmaq məcburiyyətində qalıb.

BMS hərəkatının birbaşa təsirini görmək çətindir, lakin gələcəklə bağlı qorxu güclənir.

Mədəni boykot

Mədəni cəbhədə hər şey İsrail üçün daha qaranlıq görünür. İsrailə səfərini ləğv edən yeni zellandiyalı müğənni Lordla olan hadisə nadir hal deyil. Aparıcı mədəniyyət xadimlərinin, sənətçilərin İsrailə gəlib-gəlməyəcəyi həmişə şübhə ilə müşayiət olunur. BMS hərəkatının yayılması İsrailin mühasirə təəssüratını gücləndirir.

Ancaq İsrailin ən böyük narahatlıqları gələcəklə bağlıdır. Xaricə səyahət edən demək olar ki, hər bir israilli İsrailə münasibətdə dəyişikliyi hiss edə bilər. Tanınmış hüquqşünas Maykl Sfard deyir ki, 10 il əvvəl Amerika kampuslarına ilk tur təşkil edərkən, İsrailin Qərbi Şəriyyədə davranışını tənqid edən düşmənçiliklə qarşılanıb. İndi onun özünü İsrailin tam boykotunu dəstəkləmədiyinə görə tənqid edirlər.

Heç nə İsraili aparteid rejiminin çökdüyü zaman Cənubi Afrikanın məcbur olduğu modeldən daha çox qorxutmur. Belə bir konsensusun öz başına gələcəyi onun legitimliyini təhdid edir. İsrailin iqtisadiyyatı, 80-ci illərdə Cənubi Afrika iqtisadiyyatının üzləşdiyi boykotla müqayisədə, daha güclüdür və beynəlxalq dəstək şəbəkəsi daha genişdir.

Ancaq İsrailin xarici dünyadan asılılığı daha dərindir. Onun yüksək texnologiya sənayesi, məsələn, düşmən beynəlxalq mühitdə inkişaf etməkdə çətinlik çəkir.

BMS fəallarının girişinə maneə onların və tərəfdarlarının mövqelərindən imtina etməsi ilə nəticələnməyəcək. Gizli "təbliğat müharibəsi" perspektivi baxımdan yeni qanunlar BMS hərəkatını Avropa və Amerika ictimaiyyətinin gözündə ləkələmək cəhdidir.

BMS fəallarına giriş qadağasının tətbiqi bu kampaniyanın yalnız bir hissəsidir. Nə qədər uğurlu olacağı hələ görünmür, amma əlbəttə, o, İsrail üçün ən böyük təhlükədir. Doğrudur, bu təhlükə hələ də kiçikdir.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 379




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap