Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsraildən Suriyaya zəlzələ kimi aviazərbə: İran və Rusiya qisasa hazırlaşır – Təhlil

Tarix 02.05.18, 2:06

Font ölçüsü : - / +
bitmap-img6


Viktoriya Fedotova

vzqlyad.ru, 30.04.2018


Xamə və Hələbdə Suriya-İran qoşunlarının qarnizonuna gecə zərbəsi  faktı şübhə doğurmur. Dəməşq bu haqda rəsmi məlumat verib, bunu hətta zəlzələ sayan Qərb seysmoloqları da qeydə alıblar. Lakin, ehtimala görə, onlarla iranlının həlak olduğu zərbəni kimin endirdiyi hələik aydın deyil. İsraildən şühələnirlər. Rusiya bu günlərdə bundan sonra Suriyanın icəzasız bombardmanına yol verməyəcəyini vəd edib.

Dəməşq və Tehranda rəsmilər keçən gecə Suriyaya raket zərbəsi endirənləri əks-zərbəylə hədələyiblər. SANA agentliyinin sitat gətirdiyi Suriya prezidenti Bəşər Əsəd bazar etsəi vəd edib: Qərbin bəzi ölkələrinin yeni təcavüzü “suriyalıların milli suverenliyi qorumaq qətiyyəti və öz gələcəyini həll etmək hüququnu yalnız gücləndirəcək”.

Suriya lideri bu haqda Dəməşqdə İranın milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komitəsi sədri Əlaəddin Borucerdinin başçılıq etdiyi nümayəndə heyətiylə danışıqların yekunları üzrə bəyan edib. Borucerdi əlavə edib ki, “Suriyada ABŞ, müttəfiqləri və bölgə əlaltılarının sui-qəsdi məğlubiyyətə uğrayıb”.

Onun sözlərinə görə, “bu, müqavimət qüvvələrinin mətinliyi və terrorçulaırn darmadağını sayəsində baş verib”.

İran İslam Respublikasının ali lideri ayətullah Xamenei öz növbəsində hədə gəlib: “İndi hər zərbənizə cavab zərbəsi alacaqsınız” – TASS ondan sitat gətirib. Ayətullah xəbərdarlıq edib ki, “zərbə endirəndən sonra düşmənin cavabdan yayınmağa nail olduğu dövr keçmişdə qalıb”. Lakin gecə bombardmanının arxasında məhz kimin durduğu haqda paytaxtlardan heç birində birbaşa bildirilməyib. Gecə hücumunu Moskvada hələlik şərh ertmirlər. Amma Suriya qiyamçılarının bir qismi gecə zərbəsini öz adına yazıb.

Ancaq Livanın “Al Akhbar” qəzeti də (Tehrana yaxın “Hizbullah” şiə partiyasının orqanı) “bu hücuma tez və qaçılmaz cavabla” hədələyərək hücuma görə məsuliyyəti atıq İsrailin üzərinə qoyub.

“Vzqlyad” qəzetinin xəbər verdiyi kimi, Suriya ordusu qarnizonları bazar ertəsinə keçən gecə Xamə və Hələb civarında raket zərbəsinə tutulub. “Suriya” hökumət telekanalı xəbər verib ki, “Suriyaya qarşı yeni təcavüz” bazr günü Moskva vaxtilə 22.30-da həyata keçirilib. RİA Novosti dəqiqləşdirib ki, “bu, çox ehtimal ki, aviazərbə olub”.

AFP nəşri iddia edib ki, hücum nəticəsində 26 hərbçi həlak olub, onların içində İran vətəndaşları var. NEWSru Israel-in məlumatına görə, hədəflərdən biri – Xomsdan şimali-şərqdə İranın “Cabil 47” hərbi bazası – Rusiyanın Xmeymim bazasının  yaxınlığında yerləşir, amma Rusiya raketləri yaxalamaq üçün S-400 komplekslərindən istifadə etməyib. telegram-kanal Directorate 4-ün iddia etdiyi kimi, İsrail HHQ Suriyada Suriya hökumət ordusunun Xamə şəhərinin yaxınlığında 47-ci diviziyasının sərəncamındakı İran hərbçilərini bombalayıb. Qarnizonda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hissələri yerləşir. Bundan savayı, hücum edilən iki hərbi bazada böyük silah anbarları olub. Amerikanın “The New York Times” qəzeti “Əsədyönlü alyans”dakı məlumatlı qaynağa istinadən yazır ki, həmlə nəticəsində 200-ə yaxın raket məhv edilib. Həmin qaynaq Xamə bölgəsində bazaya zərbə nəticəsində 16 nəfərin həlak olduğunu təsdiqləyib. Onun sözlərinə görə, həlak olanlardan 11-i iranlıdır.

Sky News telekanalının xəbər verdiyi kimi, silah anbarlarına hücum edilib, 40-a yaxın adam həlak olub, 60-dan çoxu yaralanıb.

Düzdür, kimin zərbə endirdiyi haqda məlumatlar hələlik ziddiyyətlidir. Məsələn, Suriyanın “Tişrin” qəzeti inandırır ki, Suriyadakı bazalara İsrail HHQ deyil, Amerika və İngiltərə hərbçiləri İordaniyada yerləşən bazalarından hücum ediblər: onun məlumatına görə, oradan doqquz ballistik raket buraxılıb. Amma Vaşinqton bu şayiələri təkzib edib. Pentaqon təmsilçisi mayor Edrian Enkayn-Hellouey bazar ertəsi bildirib: “Nə ABŞ, nə də koalisiyaya daxil olan başqa ölkələr Xamə və Hələb şəhərlərindəki obyektlərə zərbə endirib”.

İstənilən halda zərbə o qədər güclü çıxıb ki, Avropa-Aralıq dənizi seysmoloji mərkəzi bunu episentri Xamə şəhərindən 16 km cənubi –şərqdə 2,6 maqnitudalı zəlzələ sayıb.

…telegram-kanal Directorate 4 xəbər verib ki, ehtimala görə, İsrailin keçirdiyi gecə hücumuna bir az qalmış Suriya ordusu və İranın maliyyələşdirdiyi birləşmələr  Fəratın şərq sahilində “Suriya Demokratik Qüvvələri”nin (SDQ) mövqelərinə hücum ediblər. ABŞ SDQ-i dəstəkləyir və hərbi icmalçı Semyon Reqovun fikrincə, Suriyanın neft yerləşən şərqini ələ keçirmək niyyətindədirlər.

“Bax, Amerika, əslində, bundan qorxub. Uzaq Dumadakı “kimyəvi hücum”dan deyil. T4-ə İsrailin kəşfiyyat zərbələri və sonrakı “Tomahavk”lar buna görədir. Onlara Suriyanın neftli şərqi gərəkdir. Görünür, şərqi onların əlindən alırlar. Əminəm, bu istiqamətdə eskalasiya çoxalacaq. İstisna deyil ki, Tramp yenə də lokal şəkildə “Tomahavk”lara əl atacaq, – o öz telegram-kanal WarGonzo-sunda yazıb. – Hədəf olsun, bəhanə tapılar. Təbii, İsrail ABŞ-ın bölgədəki aşkar və qatı müttəfiqlərindən biri kimi ölkənin şərqində Fərat çayının yanındakı neftli rayona hökumətyönlü hücumun təşkilatçılarını “qorxuya salmağa” cəhd edir”.

Aprelin 14-də Qərb ölkələri BMT Nizamnaməsini pozaraq ərəb respublikasına biriklənmiş zərbə endirəndən sonra Moskva keçən həftə ABŞ-ın Suriyada tənbehsiz yeni hücumlarına imkan verməməyə söz verib.

“ТВ Центр”-in sitat gətirdiyi  Rusiyanın KSYT-dəki daimi təmsilçisi Aleksandr Şulqin keçən həftə Haaqada mətbuat konfransında bildirib: “Amerikalı həmkarlarımız suveren Suruiyaya qarşı yenə də silah işlətmək təhdidi gəlirlər, amma buna imkan verməyəcəyik”. ..

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 1378




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap