“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ÜST-ə ayrılacaq pul 40 milyona düşəcək? - Tramp büdcəni “qayçılamağa“ hazırlaşır

Tarix 19.05.20, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hökuməti yeni növ koronavirusun yayılması ilə bağlı mübarizədə göstərdiyi səylərdən məmnun qalmadığı üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsi səviyyəsinin 40 milyon dollaradək azaldılmasının mümkünlüyünü nəzərdən keçirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezidentə bazar ertəsi günü videokonfrans vasitəsilə reallaşan 73-cü Ümumdünya Səhiyyə Assambleyasının açılışında niyə çıxış etməməsi barədə sual verilərkən o: “Bu gün danışmamağa qərar verdim. Yaxın vaxtlarda ÜST-lə bağlı bir açıqlama verəcəm. ABŞ onlara ildə 450 milyon dollar ödəyir. Çinin ödədiyi isə ildə 38 milyon dollardır. Onlar Çinin əlaltılarıdır”, – deyə cavab verib.

O, ÜST-ə Çinlə təxminən eyni məbləğdə – 40 milyon dollar ödəmə imkanını nəzərdən keçirdiyini bildirib: “Ancaq bəziləri bunun artıq olduğunu düşünürdülər”, – deyə Ağ Evin rəhbəri təşkilatın koronavirusla mübarizədəki işini yenidən tənqid edib. Tramp qeyd edib ki, Vaşinqton tezliklə ÜST-ə vəsait ayrılması ilə bağlı son qərar verəcək. Jurnalistlərlə söhbət zamanı amerikalı lider onların birindən sualı yaxşı eşitmədiyi üçün tibbi maskanı ​​çıxarmasını da istəyib.




Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap