Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İstanbul prokurorluğundan sensasiyalı açıqlama : 800 FETÖ-çü əsgər ikinci çevriliş cəhdinə hazırlandı

Tarix 23.02.17, 6:23

Font ölçüsü : - / +
bitmap-img6


İstanbul prokurorluğu tərəfindən hazırlanan iddianamədə FETÖ-nün 800 nəfərlik gizli üzvünü hərbi çevriliş cəhdindən uzaq tutduğu, bunların arasından 50o nəfərlik bir hərbi heyətlə ikinci dövlət çevrilişi cəhdinə hazırlandığı müəyyən edilib.

Avropa.info xəbər verir ki, İstanbul Prokurorluğunun  Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən 15 iyul dövlət çevrilişi cəhdinə aid hazırlanan ittihamnamədə, Türkiyə Ordusunun Personal Planlaşdırma İdarəsinin rəisi general-mayor Mehmet Partigöç tərəfindən 21.30da “Hərəkat İldırım” adı altında, “Yurdda Sülh Şurasının Sədri” imzası ilə bütün hərbi hissələrə bildiriş göndərildiyi qeyd olunub.
Göndərilən direktivdə hərbi vəziyyət elanı ilə birlikdə kimlərin həbs olanacağının siyahısı da müəyyən edilibmiş.
İddianamədə  İstanbulda 15 iyul günü 22.10-da Boğaz körpülərinin kəsilməsi başlayan və ertəsi gün 13.00-a qədər davam edən bütün hadisələr haqqında ətraflı məlumat verilib.
Sənəddə dövlətin fəal mübarizə qərarı verməsindən sonra, sosial və iqtisadi mənada zəifləyən FETÖ-yə böyük zərbə vurulduğu qeyd olunub.
FETÖ-nün 1984-cü ildən 2014-cü ilə qədər TSK içərisində böyük şəbəkə qurduğu bildirilən iddianamədə, 1987-ci ildən etibarən FETÖ ilə əlaqəli olduğu müəyyən edilən 400 zabit və gizirin ordudan ixrac edildiyi, ancaq 2003-ci ildən sonra ixrac baş vermədiyi qeyd edilib. İddianamədə FETÖ-nün Ergenekon, Hərbi Casusluq kimi saxta cinayət işləri ilə   bir çox hərbi personalın ləğvini həyata keçirdiyi , TSK içərisindəki konfiqurasiyanın sürət qazandığı bildirilib. Bununla yanaşı sənəddə 2014-cü ildən sonra, FETÖ-yə qarşı ciddi tədbirlər həyata keçrildiyi qeyd olunub.
İddianamədə FETÖ-nün TSK  içərisində hələ də mövcud olan gizli qrupuna diqqət çəkilib. Çevriliş cəhdinə qatılmayan, ancaq FETÖ-nün gizli xəbərləşmə sistemi olan Bylockdan istifadə edən 800 personalın mövcudluğunun təsbit edildiyi, bunlardan 500-nün  dövlət çevrilişi cəhdində iştirak etmədiklərinə diqqət çəkilərək, bu adamlardan ikinci dövlət çevrilişi cəhdində istifadə edilmək üçün gizli saxlandığı bildirilib.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap