|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
İstanbulda Azərbaycan uğrunda mübarizə - 103 il öncənin tarixi
Tarix 28.05.21, 14:21 |
|
Bu gün Azərbaycan Cümhuriyyətinin elan edilməsindən 103 il ötür.
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1918-ci ildə İstanbuldakı fəaliyyəti ilə bağlı yazını təqdim edirik:
***
1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan Batum müqaviləsindən sonra bir tərəfdən Qafqaz İslam Ordusu, digər tərəfdən isə istiqlaliyyəti elan edən Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə Azərbaycan və Bakı uğrunda mübarizə aparırdı. Qafqaz İslam Ordusu hərbi qanunlar, Rəsulzadə isə diplomatik gedişlər vasitəsilə eyni hədəfə doğru irəliləyirdilər.
Yeni dövlətin dörd bir tərəfi düşmənlərlə əhatələnmişdi; üz tuta biləcəyi yeganə siyasi-iqtisadi ümid qapısı Osmanlı ı idi. Bu durum onu ləngimədən İstanbulla hərtərəfli əlaqələr qurmaq üçün nümayəndə heyəti göndərməyə vadar edirdi. İstanbul Konfransı bu məqsəd üçün ən uyğun məqam idi. İyunun 17-də qəbul edilmiş ən önəmli qərarlardan biri İstanbula Heyəti-Mürəxxəsə göndərmək haqqında oldu.
Heyət bu tərkibdə təsdiqləndi: rəis (sədr) Məhəmmədəmin Rəsulzadə, mürəxxəslər (səsvermə hüquqlu tam səlahiyyətli nümayəndələr) Xəlil bəy Xasməhəmmədov və Aslan bəy Səfikürdski, siyasi müşavirlər Əkbər ağa Şeyxülislamov və Əhmədcövdət Pepinov, hərbi müşavirlər general İbrahim ağa Usubov və polkovnik Əbdülhəmid Qaytabaşı, maliyyə müşavirləri Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyov (maliyyə müşavirləri onlara hökumətin 11 iyul tarixli qərarı ilə qoşulmuşdu).
Heyətin həll edəcəyi başlıca məsələlər bunlardı: 1) Osmanlı hökumətinin Azərbaycana gerçək münasibətini öyrənmək və diplomatik əlaqələr qurmaq; 2) Osmanlı dövlətinin Azərbaycana siyasi-iqtisadi yardımını təşkil etmək; 3) Osmanlı ictimai rəyində və mətbuatında Azərbaycanı tanıtmaq; 4) Ermənistan və Gürcüstanla sərhəd məsələlərini həll etmək; 5) Müttəfiq ölkələrin təmsilçiləri ilə Azərbaycanın bağımsızlığının tanınmasına cəhd etmək.
S.b.Behbudov və Ə.b.Rüstəmbəyovdan ibarət maliyyə heyəti isə Osmanlı dövlətin¬dən Azərbaycan üçün təcili borc almaq və İstanbulda Azərbaycanın pulunu çap etdirməklə vəzifələndirilmişdi (bu heyət işini uğurla qursa da, təəssüf ki, beynəlxalq siyasi durum işin müsbət nəticələnməsinə imkan vermədi).
***
Rəsulzadə bir tərəfdən dünyanın mərkəzi şəhərlərindən olan Osmanlı paytaxtında diplomatik korpuslarla görüşür, digər tərəfdən Osmanlı mətbuatına müsahibələr verərək qurduğu dövlətin mahiyyətini və hədəflərini izah edirdi.
Həmin ilin 26 iyununda "Vakit” qəzetinə müsahibəsində Rəsulzadə iki il boyunca Qacar dövləti ilə problem təşkil edəcək "Azərbaycan” adı ilə bağlı məlumat verərək dövlətin sərhədlərini ümumi şəkildə bildirir: "Biz Qafqazın daxilində olan Azərbaycan hökumətini təşkil edir, başqa heç bir torpaq üzərində heç bir əməl, heç bir niyyət, heç bir məqsəd güdmürük”. Rəsulzadə yeni qurulan hökumətin İran Azərbaycanına da olan iddiasına dair dolaşan fikirlərin dost olmayaq qruplar tərəfindən xüsusi olaraq ortalığa atıldığına əmin olduğunu qeyd edir.
"Tarixə qalsa, bütün Cənubi Qafqaza iddia edə bilərik”
İyul ayının 4-də "Haftalık gazete”yə verdiyi müsahibəsində Rəsulzadə Ermənistanla sərhəd məsələsinə toxunaraq fikrini bu şəkildə izah edir: "Bizcə Ermənistanın Azərbaycan ilə olacaq sərhədi Göyçə gölünün ortasından ayırıcı xətt çəkmək şərtiylə mümkün ola bilər və bu xəttin daha şərqinə qətiyyən keçə bilməz”. Rəsulzadə sərhəd məsələsində etnoqrafiya və coğrafiya amillərinə əhəmiyyət verdiyini bildirir, müxbirin "bəs tarixi nəzərə almırsınız?” sualına belə cavab verir: "Biz tarixi qabartmaq istəmirik, çünki belə olduğu halda bütün Cənubi Qafqazı istəmək lazım gələr! Bu isə digər millətlərə bizim hakim olmağımızı istəmək deməkdir. Halbuki bu keçmişə aiddir. İndi biz bu millətlərin öz müqəddəratlarını özlərinin təyin etmələri əsasını qəbul etdiyimiz üçün belə bir iddiada olmağı istəmirik”.
Göründüyü kimi Rəsulzadə Cənubi Qafqazda qurulan dövlətlərin ərazisində tarixi Azərbaycan torpaqları olduğunu da izah edir, lakin mövcud şərtlərin diqtəsinin doğru olduğuna inanır. Rəsulzadə bu müsahibəsində ermənilərin Daşnaksütun partiyasının Gəncə vilayətinin iki hissəyə bölünməsini istədiklərini də qeyd edir. Çünki o dövrdə Gəncə vilayətində yaşayan 1.300000 nəfərlik əhalinin 400 mini erməni idi. Rəsulzadə isə buna qarşı çıxaraq ermənilərin dağlıq vilayətləri tələb etmələrinin türklərin iqtisadi həyat tərzinə ağır zərbə vuracağını qeyd edir.
Sultanla görüş
Rəsulzadənin bu müsahibəni verdiyi ərəfələrdə Osmanlıda da mühüm bir hadisə baş vermişdi. Sultan V Mehmed Rəşad iyulun 3-də vəfat etmiş, yerinə VI Mehmed ünvanı ilə Vəhdəddin keçmişdi. İstanbulda olan Azərbaycan heyəti yeni sultanın tacqoyma mərasimində iştirak etmiş, eləcə də sultanın qəbulunda olmuşdular. Yeni sultan Azərbaycan nümayəndə heyətini böyük hərarətlə qarşılamış və onlara belə xitab etmişdi: "Hürr və sevimli Azərbaycanımızın müməssilləri tərəfindən təbrik edildiyimi həyatımın məsud bir vəqəsi olaraq tələqqi edərəm. Əsarətdən xilas olmuş bu yeni türk və müsəlman hökumətinin təmini-hürriyyət və istiqlalı hökumətimin ən müqəddəs vəzifəsini təşkil edər. Azərbaycanın kəsbi-həyat və qüvvət edərək bərabərlikdə ümumi düşmənlərimizə qalib gələcəyimizi ümid elərəm. Salamımın azərbaycanlı qardaşlarımıza təbliğini arzu edərəm”.
Rəsulzadə bu görüşlə bağlı göndərdiyi raportda maraqlı bir bilgi də təqdim edib: ".. Qapıdan çıxarkən zati-şahanənin Ənvər paşa həzrətlərinə təqrib edərək: "Bu dəqiqələr ömrümün ən səid dəqiqələridir” buyurduqlarını eşitməklə köksümüz sevinclərlə dolub daşmışdı”.
"Bakı Azərbaycandır!”
Rəsulzadənin mücadiləsi faydalı olmağa başlamışdı. Azərbaycanda Qafqaz İslam Ordusu Bakıya doğru irəliləyərkən Osmanlı mətbuatında bu mövzu daha çox gündəmə gəlməyə başlamışdı. Buna görədir ki, 18 avqustda "Tercümani-Hakikat” qəzetində Əhməd bəy Ağaoğlu da "Bakı məsələsi” adlı bir məqalə qələmə almışdı. Ağaoğlu məqaləsində açıq şəkildə yazırdı: "... Azərbaycan heç bir zaman və heç bir vəchlə Bakıdan vaz keçə bilməz. Bakı Azərbaycandır, Azərbaycan Bakıdır. Bu, tarixən belə olduğu kimi etnoqrafiya və coğrafiya etibarı ilə də belədir. Azərbaycanın son nəfəsinə qədər Bakı üzərində israr edəcəyi və Bakıdan onu ayırmaq istəyən hər hansı bir qüvvəti özünə düşmən biləcəyi olduqca təbiidir”.
Ağaoğlunun yazdığı məqaləsindəki eyni ruhu Rəsulzadənin 26 avqustda "Tanin” qəzetinə verdiyi müsahibəsində görürük. Rəsulzadə müxbirə Bakıdakı mövcud vəziyyəti izah etdikdən sonra deyir: "Bakı nə bolşeviklərin, nə də menşeviklərindir. Bakı nə rusun, nə erməninin, nə də ingilisin ola bilər. Bakı yalnız Azərbaycanındır və əbədiyyən də Azərbaycanın olacaqdır. Azərbaycan bir hökumət surətində yaşadığı müddətcə Bakı paytaxtımız olacaqdır. Buna bütün mövcudiyyətimizlə əhd etdik. Bütün azərbaycanlılar buna bütün qəlb və imanları ilə qanedir, bunu belə biliblər, belə də biləcəklər”.
Sentyabrın 2-də "Zaman” qəzetinə verdiyi müsahibəsində Rəsulzadə hətta Osmanlıya qarşı da çıxa biləcəklərini qeyd edir: "Fərz edək ki, Almaniya və ya hamimiz olan Türkiyə bizə qarşı çıxır, sizi əmin edirəm ki, bunun qarşısında dayanacağıq və Bakıdan heç bir zaman öz istəyimizlə vaz keçməyəcəyik”.
"Bakını hər kəsdən daha çox mühafizə edərik”
Rəsulzadə Bakısız Azərbaycanın mümkün olacağına inanmırdı. Bununla yanaşı başda Almaniya olmaqla bir çox dövlətin neft quyularına görə bu şəhərə gözlərini dikdiklərini bilirdi. Nəhayət, 15 sentyabrda Bakı işğaldan azad edilir və Ənvər paşa Rəsulzadəyə "Əmin bəy, gözün aydın” teleqramını göndərir. Bakı artıq ingilis və ruslardan, eləcə də ermənilərdən xilas edilmişdi. Bakının qoruyucusu da ancaq azərbaycanlılar ola bilərdi. Ona görə də Rəsulzadə 28 sentyabrda "Yeni gün” qəzetinə açıqlamasında bildirir: "Azərbaycanlılar təkcə neft üçün deyil, Bakıya milli, tarixi, coğrafi, irfani, ictimai və siyasi bağlarla bağlı olduqlarından buranı hər kəsdən daha çox mühafizə edə bilərlər”.
Artıq Rəsulzadənin İstanbuldakı vəzifə borcu bitmişdi. Onu qarşıda daha böyük işlər gözləyirdi. Yenidən Milli Şuranın başına keçəcək, Azərbaycan parlamentinin açılışını edəcəkdi.
Dilqəm Əhməd
Teleqraf.com
Xəbərin oxunma sayı : 697
Maraqlı
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV