Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İstanbuldakı əməliyyatın ilginc detalları: “Mex” necə ələ keçdi?

Tarix 04.11.17, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı avtoritet Nadir Səlifova (“Quli”) sui-qəsd hazırlayan dəstənin İstanbulda yaxalanması ilə bağlı bəzi təfsilatlar məlum olub

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul polisinin mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinə Azərbaycan vətəndaşı olan 2 nəfərin Türkiyədə “Şirinler çetesi” kimi tanınan şəxslərlə birgə Azərbaycanlı iş adamının öldürülməsini planlaşdırdıqları barədə məlumat daxil olub.

 Bəlli olub ki, həmin şəxslər planı müzakirə etmək üçün “Ömür” Ticarət Mərkəzində yemək masasında toplaşıblar.
 
Özəl Hərəkat qruplarının da qatıldığı əməliyyatda əvvəlcə Ticarət Mərkəzi mühasirəyə alınıb. Yüksək hazırlıqlı əməliyyat qrupu içəriyə girərək, müştəriləri heç bir təlaş yaratmadan, sakitcə bayıra çıxarıb. Müştərilər bayıra çıxarıldıqdan sonra qapılar bağlanıb.
 
Bundan sonra əməliyyat qrupu qəfil basqınla sui-qəsdçi dəstənin üzvlərini yaxalayıb. Bir güllə belə atılmadan başa çatdırılan əməliyyat zamanı bəlli olub ki, dəstə üzvlərindən bir neçəsi vəziyyətdən şübhələnərək, aradan çıxa bilib. Ancaq qısa zaman ərzində onlar da ələ keçib. “Şirinler çetesi”nin lideri, “Mex” ləqəbli Mehmet Sabri Ş. və adamları, həmçinin azərbaycanlı Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Namiq Canıyev olmaqla, 13 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 9 ədəd icazəsiz tapança və xeyli patron götürülüb.
 
Ömür Ticarət Mərkəzinin direktoru Tülin Varol, əməliyyat barədə öncədən məlumatlı olmadıqlarını deyib və əlavə edib ki, olay zamanı heç bir qarışıqlıq baş verməyib: “Bu səviyyədə peşəkar əməliyyat keçirilməsi bizim fikrimizcə məmnunedici bir haldır”.
 



Xəbərin oxunma sayı : 214




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap