Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İstehsalı qadağan olunmuş siqaretlər hələ də satışdan yığışdırılmayıb

Tarix 21.02.17, 23:23

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabinetinin qərarı ilə İqtisadiyyat Nazirliyi “Pramida” adlı filtersiz siqaretlərin istehsalı və satışını qadağan edib. Lakin hələ də siqaretlər satışdan yığışdırılmayıb

Bunu virtualaz.org saytına  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynovun sözlərinə görə, 3-cü mikrorayon və Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 183 ünvanındakı siqaretlərin topdansatış mərkəzlərində monitorinq aparılıb. Bəlli olub ki, nazirlik tərəfindən  rəsmi müraciət olunmasına baxmayaraq siqaretlər satışdan yığışdırılmayıb. “Bütün siqaretlər sağlamlıq üçün təhlükəlidir, lakin “Azəri korporasiyasına məxsus olan “Pramida”, “Karvan” və “Şəki” filtersiz siqaretləri xüsusi təhlükəlidir. Çünki bu siqaretlərin tərkibində nikotinin miqdarı normadan 60 faiz yüksəkdir”,-birlik sədri əlavə edib.

40-50 qəpiyə satılan siqaretlərdən daha çox azyaşlılar istifadə edirlər. E.Hüseynov deyir ki, valideynlər tərəfindən təşkilata daxil olan çoxsaylı şikayətlər toplanaraq Nazirlər kabinetinə təqdim olunub. Nazirlər Kabineti məsələyə baxılması üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verib. Nazirliyin müraciətindən sonra siqaretlərin istehsalı üçün verilən gigiyenik sertifikat ləğv olunub: “Valideynlər deyirlər ki, məktəbdə yemək üçün uşağa verdiyimiz pulu siqaretə xərcləyirlər. Ümumiyyətlə, siqaretlər azyaşlılar üçün əlçatan olmamalıdır. Hazırda isə əksər məktəblərin yanında siqaret satışına rast gəlinir”.



Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap