Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İstehsal tarixi sabaha olan məhsul bu gün satışa necə çıxır? - VİDEO

Tarix 15.01.19, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


Marketdən kəsmik alan şəhər sakini gözlərinə inanmayıb. Məhsulun üzərində istehsal tarixi 13/01/2019-cu il göstərilib. Halbuki müştəri marketə 12/01/2019-cu il tarixində gedib. Belə çıxır ki, sabah istehsal olunacaq kəsmik, 1 gün əvvəldən marketlərdə satışa çıxarılıb.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.  

İsa Əliyev - Qida Mühəndisi: "Həmin firma sırf son istifadə tarixindən bir neçə gün qabağa düşmək üçün müştəriləri aldadaraq, istehlakçını aldadaraq, istehal edilmiş gündən bir neçə gün sonraya yazmış ola bilər”.

Kanalın əməkdaşları sözügedən kəsmiyin satıldığı paytaxtın zabrat qəsəbəsindəki marketə yollanıb. Çəkiliş etməyə mane olan marketin administratoru buna görə, məsuliyətin onlarda yox, kəsmiyin istehsal edən şirkətdə olduğunu bildirib:

Kəsmiyin istehsal edildiyi müəssisənin rəhbərliyi ilə görüşmək mümkün olmasa da, telefonla danışmaq olub. Bildirilib ki, burada texniki səhv olub. Bir qutuda 36 ədəd kəsmik olur ki, onlardan da 13 ədədində tarix səhv düşüb. Buna görə, cavabdeh olan şəxs isə işdən çıxarılıb.

Ekspertlər isə istənilən halda hər kəsi xüsusən qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır. Bəs biz diqqətli oluruqmu?

Sakin: "İstehsal tarixinə baxanda baxıram, ya baxmıram. Köhnədisə qalıb onların insafına”.

Sakin: "Olub ki, vaxtı keçib. Etirazımı bildirmişəm ki, belə olmaz”.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara da müraciət edilib. Həmin məsələ araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək.






Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap