Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İstilər yenidən qayıdır

Tarix 16.07.19, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən temperaturun tədricən yüksəlməsi müşahidə ediləcək

Artıq bir neçə gündür ki, ölkədə iyul ayı üçün xarakterik olmayan hava şəraiti hökm sürməkdədir. Hətta bəzi yerlərdə intensiv leysan yağıb.  Ən çox yağıntı Böyük Qafqazda - Balakən, Zaqatala, Qax və Şəkidə qeydə alınıb. Təbii ki, yay mövsümünün ən isti aylarından biri olan iyulda bu cür hava şəraitinin mövcud olması təəccüblə qarşılanır. Ekspertlər də qeyd edir ki, iyulda nisbətən belə sərin hava mövcud olması bu ay üçün səciyyəvi deyil. Belə ki, adətən iyulda havanın temperaturu adətən 40 dərəcə, hətta daha artıq olur. Məsələn, 2010-cu il iyulun 12-də və 2011-ci il iyulun 22-də Bakıda temperaturun maksimum həddi 40 dərəcə olub. 2018-ci il iyulun 1-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin gün havanın maksimal temperaturu 42.7 dərəcə isti təşkil edib ki, bu da rekord həddini, yəni mütləq maksimumu keçib.

Mütəxəssislər qeyd edir ki, Bakıda iyul ayında ən sərin hava 1918-ci ildə, ayın 30-da qeydə alınıb. Belə ki, həmin gün havanın minimal temperaturu 12.2 dərəcə isti olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperaturun nisbətən aşağı düşməsinə səbəb 29 iyun axşam saatlarından başlayaraq, ölkəyə Qara dənizdən hərəkət edən soyuq hava cərəyanlarının daxil olmasıdır.

Bəs bu cür hava şəraiti nə zamana qədər davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, isti hava şəraiti yenidən qayıdacaq. Belə ki, qurumun baş hidroloqu Asif Verdiyev mətbuata açıqlamasında bildirib ki, temperatur 32 dərəcəyədək qalxacaq. Havanın temperaturunun tədricən yüksəlməsi iyulun 16-dan etibarən də müşahidə ediləcək.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap