Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Stratfor”: Kreml qüvvələrini Qafqazda cəmləşdirəcək

Tarix 01.07.17, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


Son az qala 20 il ərzində ilk dəfə Rusiyanın hərbi büdcəsi 5% ixtisar edilib. Bu o deməkdir ki, Kreml müdafiə sahəsində tələbatın prioritetliyinin müəyyənləşdirilməsi baxımından çətin qərarlar verməyə məcburdur.

Virtualaz.org xəbər verir ki, Amerikanın özəl “Stratfor” kəşfiyyat-analitik şirkətinin proqnozunda söhbət Kremlin hərbi planlarından gedir. Qeyd edək ki, bu təşkilatı çox vaxt “kölgə MKİ” də adlandırırlar.

“Stratfor”un analitikləri hesab edir ki, maliyyə məhdudluğu üzündən Rusiya qüvvələrini daha dəqiq nizamlamalı və dəniz iddialarından əl çəkməlidir. Bütün qüvvələr cənub və qərb hərbi dairələrində cəmləşdiriləcək. Bu qüvvələr Baltikyanı ölkələr, Ukrayna və Qafqaza görə cavabdehdirlər.

Eyni zamanda, Kreml Arktikadakı “Şimal” Birləşmiş strateji komandanlığına diqqəti artıracaq ki, bura 2020-ci ildə hərbi dairə statusu qazanacaq. O, Rusiyanın əsas nüvə qüvvələrini özündə cəmləşdirir və silahlı qüvvələrin strateji istiqamətinə müvafiqdir.



“Stratfor”dan bildirilir ki, Rusiyanın müdafiə prioritetləri ölkə rəhbərliyinin təhlükəsizlik üçün ən böyük təhdidləri necə qiymətləndirdiyini ortaya qoyur. Moskvanın nöqteyi-nəzərinə görə, əsas təhdid mənbəyi, əvvəlki kimi, Rusiyanın qərb cinahına NATO qüvvələrindən qaynaqlanır. Bu isə güclü nüvə qüvvələri və gücləndirilmiş öldürücü yerüstü və hava silahlanması tələb edir.

Rusiya uzaq regionlara qüvvələrin çatdırılmasını nəzərdə tutan missiyasını da inkişaf etdirir. Bu regionlara Arktikadan tutmuş, Suriyaya qədər nəhəng ərazi daxildir. Bir şərtlə ki, orada dost mühit var. Bu şərtlərdən çıxış edərək, Kreml genişləndirilmiş strateji avianəqliyyat donanmasına malik çevik yerüstü qüvvələrin yaradılmasına daha çox diqqət yetirəcək.

Son nəhayətdə, Rusiya etiraf edir ki, eyni zamanda nəhəng dəniz və kontinental dövlət olmaq mümkün deyil.





Xəbərin oxunma sayı : 148




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap