Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO Modelin bikini üstündə pencəyi - Fotosessiya Evlilik üçün oğlundan icazə aldı
Axtar
 
  • / Maqazin / — 30 Yanvar 2019

    Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO

  • / Maqazin / — 29 Yanvar 2019

    Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2019

    Modelin bikini üstündə pencəyi - Fotosessiya

  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq - Ali Baş Komandan

Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

“Stratfor”dan 2019 proqnozları:“Amerika və Çin hərbi qarşıdurmaya gedə bilər”

Tarix 14.12.18, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Amerikanın “kölgə MKİ” kimi məşhurlaşmış Stratfor kəşfiyyat-analitika mərkəzinin dünyada gedən siyasi-iqtisadi-hərbi proseslərlə bağlı proqnozları bir çox hallarda gerçəkləşdiyindən oxucularda, ekspertlərdə həmişə ciddi maraq doğurub.

Qurum 2019-cu il üçün geniş və irihəcmli proqnozlar hazırlayıb. Həmin materialı hissə-hissə AzFakt.com-un oxucularına təqdim edirik.   


ABŞ və Çin 2019-cu ilə qalmaqalla girməyə hazırdır


Amerika-Çin rəqabəti 2019-da praktik olaraq bütün yönlərdə güclənəcək. Çin Çin firmalarına qarşı yaradılan rüsumlar və normativ maneələrin artan iqtisadi basqısını duyacaq. Amma ABŞ kiberhücumlar və insan haqları kimi mübahisəli məsələlər üzrə Çinə qarşı tələbləri artırmaq üçün sanksiyalar işlədəcək. (Pekinin uyğurlar və başqa azlıqlarla necə davrandığı ABŞ üçün sanksiya siyasətini sərtləşdirməkdə tutarlı əsasa çevriləcək.)

Təhlükəsizlik probleminə gəlincə, Birləşmiş Ştatlar Cənubi Çin dənizində və Tayvan məsələsində Çinə qarşı daha inadla və birbaşa hərəkət edəcək. Bu, dənizin qaynar nöqtələrində Amerika və Çin silahlı gücləri arasında yeni qarşıdurma yarada bilər. Və əksinə, ABŞ Çinin “Bir qurşaq, bir yol” təşəbbüsünə birbaşa qarşı durmaq cəhdlərində lap ciddi maneələrlə üzləşəcək, çünki Pekin iqtisadi təsir tədbirləri və böyük və kiçik ölkələrə özünün layihə və tərəfdaşlıq sövdələşmələrinə birgə çıxış təklif edərək onları dilə tutmaqla Amerika alyanslarını zəiflədəcək. Çin güzəştlərə getməsə, Çin idxalına 250 milyard dollar həcmində rüsum qoyan Ağ Ev Pekinə qarşı daha bir dəst rüsum tətbiq edə bilər. Vaşinqton və Pekin arasındakı ticarətdə ötəri barışıq mümkündür, çünki tərəflər iqtisadi sanksiyaların təxirə salınması haqda danışıqlar aparırlar. Amma burada açar söz “ötəri”dir. Çin iqtisadiyyatında dərin struktur islahatının gerçəkləşdirilməsi haqda Amerikanın tələbləri və Pekin üçün olduqca önəmli sənaye-texnologiya stratyegiyasını təhlükə altında qoymadan nəyəsə getməyə hazır olduğu arasındakı fərq, sadəcə, son dərəcə böyükdür və iki ölkəyə hərtərəfli və uzunmüddətli saziş bağlamaq imkanı vermir. Birləşmiş Ştatlar Çindən idxala artıq 250 milyard dollar həcmində rüsum tətbiq edib. Pekindən nə qədər az güzəşt əldə etməkdən narazı olan Ağ Ev ÇXR-ə qarşı 267 milyard dollar həcmində daha bir rüsum zərfi tətbiq edə bilər. Bu halda Çindən ABŞ-a bütün idxal rüsum yükü altına düşər.

“İki təyinatlı” mallara mümkün ixracat nəzarəti bir çox korporasiyalar üçün fəlakətli çıxa bilər.

Amerikanın Çinə iqtisadi basqısı təkcə rüsumlara müncər olunmur. ABŞ-ın texnolgiya firmaları daha sərt tənzimləmə nəzarətinə düçar olacaq, çünki Vaşinqton çinlilərin iki təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır və milli təhlükəsizliyə təhlükə mövzusunda Amerika-Çin tədarükləri zəncirini diqqətlə yoxlayır. “İki təyinatlı” mal və xidmətlərə mümkün ixracat nəzarəti yüksəkistehsallı mikrosxemlərdən başlayaraq süni intellekt sahəsindəki araşdırmalara  qədər bir çox korporasiyalar üçün fəlakətli ola bilər. Birləşmiş Ştatlar  artıq Çin yatırımları və strateji sektorlarda araşdırmalar üçün maneələr yaradır, amma həm də başqa ölkələrdə, xüsusən də  Yaponiya, Kanada, Avropa dövlətləri, Avstraliya, Yeni Zelandiya, Güney Koreya və Tayvanda fəal lobbiçilik işi apararaq onların Çinin “Huavey” (Huawei) və ZTE kimi aparıcı texnoloji şirkətlətrilə bağlarının zəifləməsinə nail olaraq bildirəcək ki, bunlar onun milli təhlükəsizliyi üçün çox böyük risklər yaradır.

Sıradakı iki il məlumatların ötürülmə sürətini və internetə bağlanma mənzərəsini kökündən dəyişəcək ki, bu da “əşyalar interneti”, virtual və tamamlanmış gerçəklik, süni intellekt elementləri ilə hazırlama, muxtar nəqliyyat vasitələri və teletəbabət kimi başqalaşdıran texnologiyaların əsasında durur. Artıq bu sahələrdə ABŞ və Çin arasında kəskin rəqabət gedir. “Huavey” və ZTE texnoloji infrastruktura və 5G-yə söykənməklə standartlar hazırlayan azsaylı yüksəktexnologiyalı şirkətlər sırasında olduğundan Amerika hökuməti mümkün hər şeyi edir ki, əsas strateji rəqibinin ABŞ-ın və müttəfiqlərinin iqtisadi sinir sisteminin dərinliklərinə kök atmağına mane olsun. Belə çox gərəkli tələbat öncül iqtisadiyyatlar sırasında dövlətlər və korporasiyaların arasını təbii şəkildə qızışdırır…

2019-cu ildə kiberməkanın tənzimlənməsi və yönəldilməsi üçün gərəkən prioritet və üsullar haqda kürəsəl konsensus olmayacaq…


Amerikanın ticarət siyasətindən kürəsəl sarsıntılar


ABŞ özünün bütün iqtisadi səylərini Çinə cəmləşdirsə də, avtomobillərə Amerika rüsumlarının tətbiqi, habelə ABŞ və ÜTT-in başqa aparıcı ölkələri arasında qarşıdurmanın kürəsəl iqtisadiyyat üçün ciddi nəticələri olacaq. Ağ Ev öz iqtisadi siyasətində qarşı duran ideoloji düşərgələrin maxinasiyalarına məruz qalır, amma ikitərəfli danışıqlar yoluyla xarici ticarət kəsirini aşağı salmaq səylərini rəhbər tutur. Amerika administrasiyası güclü zərbələrin təcavüzkar  taktikasına əl atmaqdan qorxmur, onu basqı üsulu kimi işlədir. Və Ağ Ev milli təhlükəsizlik maraqları ilə idxal avtomobillərinə (bu, ABŞ-ın xarici ticarət kəsirinin artmasının əsas səbəbidir) rüsum hədəsi gəlsə də, Amerika ixracatçılarının daha rəqabət qabiliyyətli olduqları kənd təsərrüfatı kimi sektorlarda mühüm güzəştlər olmasa, ticarət sövdələşməsinə getməyəcək. Birləşmiş Ştatlar habelə ticari tərəfdaşlarının Çinlə azad ticarət haqda saziş bağlamaq istəyini öldürməkdən ötrü ikitərəfli ticarət sazişlərindən istifadə edəcək.

…Amerika avtomobil istehsalçılarını daha yaxşı qoruyan və normalar haqda müddəa ehtiva edən ABŞ, Meksika və Kanada sazişinin (USMCA) bağlanması Meksika və Kanada üçün Amerika rüsumlarını aradan qaldırıb.

…Almaniya avtomobillərə görə ABŞ-la ticarət savaşında hamıdan çox uduzur. Amma Avropa Birliyi və xüsusən də Fransanı Ağ Evi razı sala biləcək güzəştlərə getməyə vadar edə bilmir…


Kürəsəl energetikanın perspektivləri


2019-un birinci yarısında neft bazarlarının sınıq çıxması az ağlabatandır, çünki sanksiyalar İrandan neft ixracatı tutumunu azaldır, neft borularının çatışmazlığı isə ABŞ-a hasilatı artırmağa qoymur. Lakin Birləşmiş Ştatlar ilin ikinci yarısında yeni boru kəmərlərinin gücünü işə salanda bu mənzərə mühüm dəyişikliklərə uğrayacaq. Səudiyyə Ərəbistanı və Rusiya bazarın uçuntulu qiymət düşməsi başlaya biləcək doymasının istənilən nişanəsini qabaqkı kimi diqqətlə izləyəcək. İran sanksiya rejimindəki məhdud istisnalara uyğun olaraq sıradakı beş ayda gündə bir milyon barrelə yaxın ixrac edə bilər. Liviya və İraq isə daxili-siyasi çəkişmələri tam tənzimləyə bilər ki, bu da bazara hiss olunası təsir edir. Eyni zamanda Venesueladakı iç böhranı hasilat düşümü doğura bilər, Fars körfəzindəki ixtilaflar isə Hörmüz boğazında tankerlərin hərəkətinə mane olmağa qabildir. Bunu diqqətlə izləmək gərəkdir, çünki belə olaylar tədarüklə bağlı daha kəskin kəsintilər yaradar.

Bu arada ABŞ dünya bazarlarında sıxılmış təbii qazın (STQ) köklü rekonstruksiyasına hazırlaşır. Birləşmiş Ştatlar 2019-cu ilin sonuna  doğru dünyanın ən böyük STQ ixracatçıları sırasına girməklə Qətər və Avstraliyaya çatacaq. Belə dəyişikliklərin əhatəli geopolitik nəticələri özünü bir neçə ildən sonra büruzə verəcək, çünki STQ bazarındakı rəqabət daha kəskindir, müqavilələr daha qısamüddətlidir, qiymətin formalaşması isə neftə bağlıı deyil – xüsusən də tələbatın tez çoxaldığı Asiya bazarlarında. Ağ Evin cana gətirdiyi ABŞ-ın ticarət tərəfdaşları STQ alışını artırmaq vasitəsilə ticari ixtilafları zəiflətməyə çalışır, Şərqi Avropa ölkələri isə Amerika STQ-i alaraq Rusiyadan etibarlı müdafiə olunmağa səy edir.


Dünya iqtisadiyyatının gəlişmə perspektivləri: asta və ehtiyatla

 
2019-da kürəsəl iqtisadiyyatı sabitsizləşdirəcək bütün amillərə baxsaq, bizdə qorxu deyil, ehtiyatlanmaq üçün əsas yaranar. Korporativ və dövlət borcunun çoxalması, işçilərin gəlirinin ləng artımı, demoqrafik çətinliklər və struktur islahatları yolundakı siyasi əngəllər uzunmüddətli iqtisadi proqnoz üçün təşvişli fon yaradır. Buna baxmayaraq, Ağ Ev tərəfdən Amerika iqtisadiyyatına ən böyük təhlükə  – NAFTA müqaviləsinin ləğvi – artıq aradan qaldırılıb. Amerikanın Çin mallarına, habelə Şimali Amerika ölkələrindən avtomobil idxalına mümkün əlavə rüsumlar tətbiqi məhəlli və sahə səciyyəli problemlər yaradacaq. Lakin Amerika və dünya iqtisadiyyatına təsiri bütünlükdə məhdudlaşacaq. Ağ Ev ticarətə təcavüzkar yanaşmanı ABŞ-ın dayanıqlı iqtisadi artımıyla əsaslandıracaq, amma vergilərin və büdcə xərclərinin azalmasından təkanverici effekt sıradakı bir neçə ayda zəifləyəcək, ABŞ-ın pul-kredit siyasətinin sərtləşdirilməsi isə olduqca mötədil kursla gedəcək.

ABŞ-da iqtisadi artım nisbətən sabit olduqca Amerika ixracatçılarının Çin məhsullarına ucuz alternativ tapmağı çətin olacaq, Amerika istehlakçıları isə ÇXR mallarının yüksəlmiş qiymətlərinə dözümlə yanaşacaqlar. Çin belə şəraitdə daha fəal büdcə düzəlişləri vasitəsilə ölkədə sabitliyi saxlayaraq uzunmüddətli rəqabətin gedişində ABŞ-ın zərbələrindən rahat keçəcək.

Avropada boşanma şərtləri haqda saziş olmadan Brexit ssenarisinin qarşısını hələ də almaq olar, amma buna şanslar getdikcə azalır. İtaliya hökuməti və Avropa Komissiyası qarşıdurmanın sistemli böhrana keçməsindən yayınmağa çalışır, amma İtaliya bank sektorunun zəifliyi avrozonanın sabitliyi üçün ən ciddi təhlükə olaraq qalıır. Avropa Mərkəzi Bankı pul-kredit siyasətinin sərtləşdirilməsinə asta və ehtiyatla keçəcək, çünki İtaliya tərəfdən avrozona üzərində təhlükə asılıb, Avropada isə bütünlükdə iqtisadi inkişaf ləngiyir.

Formalaşan bazarlar qabaqkı kimi güclü dollardan, zəif milli valyutadan, güclü inflyasiyadan, idxala böyük xərclərdən ağırlıq duyacaq, daxili-siyasi çətinliklər üzündən isə iqtisadi islahat aparmaları çətin olacaq. BVF-nin Argentinaya tələsik yardıma razılığı onun iqtisadiyyatını iflasdan saxlayıb. Amma bu habelə peronizm tərəfdarlarına oktyabr seçkiərini udmağa böyük şanslar verir, hamımız isə bilirik ki, onlar büdcəylə daha sərbəst və başdansovdu davranırlar.

2019-da kiçik islahatlar keçirmək üçün Türkiyənin daha böyük siyasi məkanı meydana çıxacaq və o elə etməyə çalışır ki, xarici siyasətinin ən çoxmənalı və dartışmalı yönləri  ölkə içində iqtisadi sabitliyin zəifləməsinə aparmasın.

Pakistan ödəniş balansının böhranını önləmək cəhdiylə BVF və xarici ölkələrin yardımına nail olmağa çalışır, Hindistan hökuməti isə böyük ticari güzəştlərdən yayınaraq və mərkəzi bank kredit-pul siyasətini sərtləşdirməsin deyə ona basqı edərək yaz seçkilərinə hazırlaşacaq. Meksikanın yeni hökuməti NAFTA-nın dağılması dəhşətindən yayınıb, amma təzavüzkar populist siyasəti yatırımçılar üçün təhlükələri gücləndirəcək…


“Stratfor”un qarşıdakı il üçün əlavə proqnozları


-Dünya dövlətləri ümidlərin çox yükək olduğu texnoloji üstünlük qovğası şəraitində süni intellekt əsasında yönəltmə və etik normalar arasındakı ziddiyyətlərlə üzləşəcək.

-Birləşmiş Ştatlar, Çin və Rusiya kosmosda fəaliyyətin tənzimlənməsinə beynəlxalq normalar olmadığı halda kosmik fəzanın hərbiləşdirilməsi üzrə fəaliyyəti sürətləndirəcək.

-Çin və Rusiya ilə böyük dövlətçilik rəqabəti buna gətircək ki, Birləşmiş Ştatlar Afrika və Yaxın Şərqdəki hərbi öhdəliklərinin bir qismindən imtina edəcək. Amma Amerikann İrana qarşı kampaniyası, habelə terrorizm və kütləvi qırğın silahının yayılması qarşısında sürəkli qorxu ABŞ-dan əlavə diqqət və resurslar tələb edir.

-Korrupsiya ilə mübarizə getdikcə daha da populyar və daxili və xarici siyasəti formalaşdırarkən həm Qərb ölkələrinin, həm də diktatorların faydalana biləcəyi güclü siyasi alət olur.

-Böyük dövlətlər bütün dünya üzrə silah tədarükünə əlverişli müqavilələr uğrunda çarpışacaq.

-Parçalanmış və inad konqres ABŞ xarici siyasəti üçün yayğın nəticələr verəcək.

-2019-da yenilənən enerji qaynaqlarına uzunmüddətli kürəsəl keçid davam edəcək və korporasiyalar bu keçiddə getdikcə daha çox liderlik rolu oynayacaq.


Ardı var…

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 190

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda