Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Suşa darıxdırıcı, bədbəxt şəhərdir…” – Paşinyan məğlubiyyəti belə əsaslandırmağa çalışıb

Tarix 16.11.20, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim “Mənim addımım” fraksiyasının (müxalifət iclasda iştirak etmir) üzvləri qarşısında çıxışı zamanı “Şuşanın satıldığı” barədə onun ünvanına səslənən ittihamlardan danışıb.

Bildirib ki, şəhər uğrunda döyüşlərdə Ermənistan ordusu olduqca böyük itkilər verib və bu da satqınçılıq haqda söz-söhbətlərə ziddir.

“Əgər Şuşanı saxlamaq imkanı olardısa, onu saxlayardılar. Mən bu haqda danışmaq istəmirdim, amma məcburam -son iki gündə Şuşa ətrafından 300-dən çox erməni döyüşçüsünün cəsədləri çıxarılıb. 300-dən yuxarı cəsəd. Siz bu döyüşün miqyasını təsəvvür edə bilirsinizmi? Amma hələ də elə adamlar var ki, generalların və ya siyasi rəhbərliyin Şuşanı döyüşsüz təslim etmək tapşırığını verdiyini deyirlər. Belədirsə bu adamlar kimin əmri ilə döyüşüblər və ölüblər?” – Paşinyan bildirib.

Nikol Paşinyan deputatların suallarına cavab verərək bildirib ki, Şuşa darıxdırıcı, bədbəxt şəhərdir.

“Bizə deyirlər, Şuşanı kim satdı? Şuşanı satdılarsa da, son 30 ildə satmışdılar, çünki Şuşa bədbəxt, darıxdırıcı şəhər idi. Şuşaya ehtiyacınız varmı? Lazım idisə, niyə bu vəziyyətdə idi? Bu əraziləri azad etmək lazım idimi? Əgər belədirsə, niyə?”, – Paşinyan deyib.

“Son bir neçə ildə oraya ancaq bir neçə fədakar biznesmen investisiya qoyub. Bu ərazilər 30 il müddətinə təhvil verilib, orada alaq otları yetişib”, – deyə Nikol Paşinyan bildirib. (Turan)

Bundan əvvəl Dağlıq Qarabağda hələ də mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan Şuşa ətrafından 150-dən çox erməni əsgərinin cəsədinin toplanıb təhvil verildiyini açıqlamışdı.

Qeyd edək ki, təkcə bir epizodda xüsusi təyinatlılarımızın 30-35 nəfərlik qrupu Şuşadan Xankəndinə gedən yolda düşmənin 110-dan çox hərbçisini məhv etmişdi və onların cəsədləri günlərlə yol kənarında qalmışdı. Həmin cəsədlərin görüntüsünü Rusiya sülhməramlıları ilə regiona daxil olan”Reuters” müxbiri də çəkmişdi.

Azərbaycan tərəfinin məlumatlarına görə, düşmən Şuşa uğrunda döyüşlərdə 800 nəfərə yaxın itki verib.



Xəbərin oxunma sayı : 1066




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap