Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türk eli. Mif və reallıq” kitabı çap olunub

Tarix 11.12.17, 4:39

Font ölçüsü : - / +
bitmap-img6


Bgünlərdə Sima Canəhmədovanın "Türk eli. Mif və reallıq” kitabı işıq üzü görüb. 

Bu fundamental araşdırmada müəllif oxucunu qədim türk miflərinin süjet və qəhrəmanları, çoxəsrlik ənənələri ilə tanış etməklə yanaşı, özünün düşüncələrini təqdim edir. Müəllifə görə bir sıra hallarda tarix dərslikləri bir-birinə ziddir və onların dəqiqliyi şübhə altında qalır. Bu kitabla alternativ tarix sevənlərin həqiqətlərin axtarışı ilə mübahisə etməyə imkanları yaranır.

Topluda müəllif adət-ənənələrin, mərasimlərin unudulmaması üçün onların əsrlər boyu qorunmasına kömək edən "səmərəli forma" axtarışındadır. 

Nəsildən-nəslə qədim tanrıların adlarının dəyişməsi, onların fonetik variasiya çevrilməsi və bir sıra başqa suallara bu cəlbedici kitabın səhifələrində cavab tapmaq olar.

Müəllif xüsusi hazırlanmış metodika ilə oxucunun diqqətini bütün dünya boyu səpələnmiş türk mənşəli toponimlərə yönəldir, qədim türk soyunun sivilizasiyanın başlanğıcına şahidlik etməsini oxucunun diqqətinə çatdırır.

"Türk eli. Mif və reallıq” kitabı "Apostroff" nəşriyyatında nəşr olunub. Toplunun naşiri Akif Dənzizadə, redaktoru Nailə Əskərovadır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap