Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türkiyə ilə Azərbaycan svap anlaşmasına yaxındır” - “Reuters”

Tarix 24.12.21, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə ilə Azərbaycan arasında valyuta svap anlaşması üzrə danışıqlarda irəliləyiş əldə olunub və yaxın vaxtlarda razılaşmanın əldə ediləcəyi gözlənilir. Bu barədə “Reuters” Türkiyədə bu danışıqların gedişi barədə məlumatlı olan mənbələrə istinadən bildirir.

Agentliyə məlumat verən mənbələrdən biri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə svap anlaşmasına dair danışıqlardan birinin “ilin sonuna qədər yekunlaşa biləcəyini” deyib. Mənbə deyib ki, Azərbaycan və Türkiyə mərkəzi bankları arasında imzalanacaq anlaşmanın həcmi əvvəlcə o qədər də böyük olmayacaq, ancaq dəyişdirilən valyutanın həcmi mərhələlərlə artırılacaq.

Svap anlaşması tərəflərin müəyyən müddətə və müəyyən faizlə öz pul vəsaitlərini dəyişdirməsini nəzərdə tutur. Müddət başa çatanda proses tərsinə işləyir, yəni tərəflərdən biri digərinə onun milli valyutasının əvəzində dollar veribsə müddət başa çatanda öz milli valyutasının əvəzində dollar alır.

Türkiyənin Mərkəzi Bankı öz strateji valyuta ehtiyatlarını artırmaq üçün dost və müttəfiq ölkələrlə svap anlaşmalarına gedir. Bu günlərdə Mərkəzi Bank Azərbaycan manatını və Birləşmiş Ərəb Əmirlikləri dirhəmini “dəyişdirilə biləcək xarici valyutalar” siyahısına daxil edib.

İndiki halda danışıqların və gözlənilən sövdələşmənin təfərrüatları məlum olmasa da belə yəqin olur ki, Türkiyə Mərkəzi Bankı Azərbaycan Mərkəzi Bankına müəyyən həcmdə TL verəcək, əvəzində dollar alacaq.

Xatırladaq ki, Türkiyədə dolların kəskin bahalaşmasına görə hökumət və Mərkəzi Bank maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün son günlər bəzi addımlar atıb. Hökumət dollara indekslənmiş lirə depozitlərinə keçib, Mərkəzi Bank isə bu həftənin əvvəlində bazara müdaxilə edərək iki günə 7 milyard dollar satıb. Hazırda 1 ABŞ dolları 11.4 lirəyə yaxındır.(virtualaz.org)



Xəbərin oxunma sayı : 1660




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap