Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türkiyə Koksaki epidemiyasını gizlədir”

Tarix 11.08.17, 0:57

Font ölçüsü : - / +
bitmap-img6


Nerdun Hacıoğlu

Hürriyet (Türkiyə), 09.08.2017

Türkiyənin Aralıq dənizi sahillərinə səfər edən Rusiya turistlərinin sayı iki milyonu aşanda Moskvada məlumat yayılmağa başlayıb ki, “Antalya otellərində infeksion xəstəlik epidemiyası tüğyan edir”

Virusa yoluxmuş Rusiya turistlərinin Türkiyədən vaxtından əvvəl geri döndüyü haqda informasiyanı bir çox instansiyalar təkzib edib.

İlk dəfə keçən həftənin axırında dərc edilmiş məlumatlarda deyilir ki, Antalya otellərində dincələn bir neçə Rusiya turistində Koksaki kimi tanınan virusun əlamətlərinə rast gəlinib. Sonradan Rusiyanın mötəbər “Известия” qəzeti Koksaki virusu haqda “Türkiyə epidemiyanı gizlədir” başlıqlı daha bir məlumat dərc edib. Dərcdə qeyd olunur ki, əsasən Kəmər, Bələk və Sidə otellərində dincələn rusiyalı turistlər bu xəstəliyə yoluxmaq üzündən öz məzuniyyətlərini vaxtından əvvəl dayandırmağa məcbur olublar.

Çərşənbə axşamı “Роспотребнадзор” – istehlakçıların hüquqları sahəsində nəzarət üzrə Rusiya idarəsi məsələyə qarışıb. Xəbər verilir ki, sözügedən virus haqda Türkiyə Səhiyyə Nazirliyindən məlumat tələb olunub, Türkiyədə xəstələnmiş Rusiya vətəndaşları üçün isə qaynar telefon xətti açılıb.

Moskvada “Türkiyədə Koksaki epidemiyası” haqda hər gün xəbər yayılarkən qeyd olunur ki, Türkiyə bu durumu ört-basdır etmək istəyir. Yenə də Rusiyanın “Известия” qəzeti güman edir ki, Türkiyə bu faktı görməməyə üstünlük verir, çünki epidemiyanın varlığını boynuna alsa,  pulu ödənilmiş səfərlərin dəyərini ödəməlidir.

“Gerçəkliyə uyğun deyil”

Bu arada Antaliya mədəniyyət və turizim müdiriyyətinin rəhbəri İbrahim Acar Rusiyada şayiələr yayıldıqdan sonra “РИА Новости” agentliyinə açıqlama verib. O, qeyd edib ki, Rusiya KİV-lərinin Türkiyədə bu epidemiya haqda məlumatı gerçəkliyə uyğun deyil. Acar danışıb ki, Türkiyənin nə Antaliya, nə də bütün Aralıq dənizi bölgəsində Koksaki virusu epidemiyası var.

Hava-damcı yolu ilə ötürülən Koksaki virusu uşaq və böyüklərdə istiliyin 40 dərəcəyədək yüksəldiyi, diareya (ishal-tərc.), ürəkbulanması kimi simptomlarla müşayiət olunur. Xəstələnmiş adamın bədənində sulu qabarıqlar müşahidə etmək mümkündür.

“Türkiyə problemi həll edib”

Türkiyə Otelçilər Federasiyası (TÜROFED) başçsı Osman Ayık qeyd edir: “Koksaki çiçək xəstəliyinin bir növüdür. Ədəbiyyatda ona “əl-ayaq-ağız səpgisi sindromu” da deyirlər. Əsasən, rusiyalı uşaqlar arasında yayılıb. Türkiyədə də nə zamansa baş verib, amma indi uşaqlarda bu cür xəstəlik müşahidə etmirik. Türkiyə problemi həll edib. Bu xəstəliyin inkubasiya dövrü iki həftə təşkil edir. Ruslar Antaliyada ortalama yeddi-səkkiz gün dincəlirlər. Məntiqi mülahizə yürütsək, onlar artıq bu xəstəliklə gələ bilərlər. İki il öncə şəxsi şikayətlər var idi, amma bu il heç birini də almamışıq. Otellərimizdən indiyədək bu zəmində heç bir məlumat daxil olmayıb. Rusiyadan turist axını inanılmazdır. Hər dəfə belə olanda Rusiya mətbuatında hökmən bizə qarşı bu cür yoxlanmamış xəbərlər yayılır”.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap