Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Türkiyə malları ƏDV-dən azad edilsin” – “İstehlakçılara qaytarılan vəsait Fonda köçürülsün...”

Tarix 14.10.20, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


ADR Hərəkatının lideri, professor Qubad İbadoğlu Azərbaycan Silahlı Qüvvələrinə və ölkəmizə təmənnasız dəstək verən qardaş Türkiyə Respublikasına dəstək verilməsi üçün Nazirlər Kabinetinə, Milli Məclisə və İqtisadiyyat Nazirliyinə təkliflər irəli sürüb.

AzFakt.com xəbər verir ki, Q.İbadoğlu ilk növbədə Türkiyədən idxal olunan bütün malların əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını təklif edib: “Bilirsiniz ki, MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara ƏDV tətbiq olunmur. Niyə Türkiyədən gələn mallara gömrük rüsumları ilə yanaşı 18 faiz ƏDV-də tətbiq olunmalıdır? Ermənilərə dəstək verən Rusiyaya belə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın? Hesab edirəm ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallar və xidmətlər ƏDV-dən tam azad olunmalıdır. Bildiyim qədər Milli Məclis 31 may 2020-ci ildə "Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi"ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Odur ki, söz əlaqədar dövlət orqanlarınındır”.

Professor həmçinin istehlakçılara geri qaytarılan ƏDV-nin bu il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsini təklif edib: “Bu həmin Fonda ən azı 10 milyon əlavə vəsait cəlb edilməsinə imkan verir. Onsuz da istehlakçılar ƏDV-lərini geri ala bilmirlər. Düşünürəm ki, bu da hər kəsdən Silahlı Qüvvələrə Yardım Fonduna maddı dəstək olardı”.



Xəbərin oxunma sayı : 394




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap