Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türkiyə millisi fantastik oyunçulara sahibdir“ - Mançini

Tarix 10.06.21, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


“Ümid edirəm ki, finalda Türkiyə ilə yenidən qarşılaşarıq. Türkiyə millisi gəncdir amma fantastik oyunçulara sahibdir. Qələbə qazanmaq istəyiriksə, ən yaxşı oyunumuzu oynamalıyıq”.

Qol.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini sabah “Avro-2020”nin açılış matçında Türkiyə ilə keçiriləcək görüş haqqında danışarkən deyib.

O, bu gün təşkil edilən mətbuat konfransında Türkiyə millisi haqda müsbət fikirlər səsləndirib. Mançini rəqibin kapitanı Burak Yılmazı xüsusi fərqləndirib: “Burak gözəl mövsüm keçirdi. Ümid edirəm ki, sabah qol vurmaz. Amma o, mənimlə eyni fikirdədirmi, bunu bilmirəm. Burakın oyununu çox bəyənirəm. Türkiyənin ən yaxşı futbolçularından biridir”.

Mançini uzun müddətdən sonra azarkeşlər önündə futbol oynamağın gözəl hiss olduğunu deyib: “Azarkeşlər nə qədər çox olsa, o qədər xoşbəxt olarıq. 16 min azarkeş az deyil. Azarkeşlər önündə oynamaq çox gözəl duyğudur”.

Qeyd edək ki, sabah Romada keçiriləcək Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbərin oxunma sayı : 802




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap