Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər“ - Ekspertdən şərh

Tarix 24.05.18, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca, ölkənin milli valyutası olan lirə daha çox dəyər itirir. Siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının müasir durumunu çətinləşdirib. 

AzFakt.com xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib:

"Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu, hələ son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seçkilərədək təzyiq altında olacaq. Bu dövr ərzində lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək".

İbadoğlu bildirib ki, Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir: 

"Deməli, onsuz da artan idxal bu səbədən daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək. Bununla yanaşı, Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər".

İqtisadçınn sözlərinə görə, bu günlərdə ABŞ-ın İran vətəndaşı olan 5 nəfəri ünvanlı sanksiya siyahısına salması, son günlər sabitləşən İran milli valyutasının dəyərsizləşməsini sürətləndirəcək:

"Əgər mövcud proseslər Rusiyada da müşahidə olunarsa onda əsas ticarət tərəfdaşları olan ölkələrdən Azərbaycana idxalın artımı fonunda manata kənar təzyiqlər də çoxalacaq.  Belə təsirlər həmçinin həmin ölkələrə ixracatın həcminin aşağı düşməsini də şərtləndirəcək. Odur ki, Mərkəzi Bank və Gömrük Komitəsi Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan ölkələrdə son günlər müşahidə olunanlara adekvat munasibət bildirməli və preventiv tədbirlər vasitəsilə real effektiv məzənnənin təsirlərini tənzimləməlidir”.



Xəbərin oxunma sayı : 277




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap