Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türkiyənin kosmosa çıxışının xəyalını qururuq“ - Selçuk Bayraktar

Tarix 08.09.21, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə "Teknofest 2021" texnologiya festivalı keçirilir.

AzFakt.com “Haber Global”a istinadən xəbər verir ki, “Teknofest” Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Əsas məqsəd “Milli texnologiya həmləsi” devizi altında milli texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır.

Tuz gölündə keçirilən yarışda Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar da iştirak edib

Mustafa Varank Türkiyənin müdafiə sənayesi sahəsində möhtəşəm məlumatlar əldə etdiyini bildirib: "Türkiyə həm öz ehtiyaclarını qarşılmaq, həm də müdafiə sənayesi məhsullarını ixrac etmək mərhələsinə gəlib. Müdafiə sənayesində əldə etdiyimiz uğuru sənayenin digər sahələrinə də yaymaq istəyirik. Bunu etmək də insan kapitalından keçir. Bu festival vasitəsilə gənclərə sərmayə qoyuruq”.

Selçuk Bayraktar isə deyib ki, “Teknofest” festivalı başladığı ilk günlərdən dünya rekordu qırıb: "Böyük coşqu ilə qarşılandı və hər gün ölkəmizi böyük ümidlərlə coşdurdu. Bu tədbirdə iştirak gənclərin texnoloji əsərlərini gördükdə xoşbəxt oluruq. Bunu özümüz etmiş kimi sevinirik. Bu festivalda kiçik raketlərin uçduğunu görüb gələcəkdə ölkəmizin kosmosa çıxışının xəyalını qururuq. Bunlar da bir gün gerçək olacaq".






Xəbərin oxunma sayı : 865




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap