Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ət və süd bahalaşa bilərmi?

Tarix 20.05.17, 17:39

Font ölçüsü : - / +
bitmap-img6


Bölgələrdə ot qıtlığı yaranıb

Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər.

Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil: “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digər yem növləri də olmalıdır. Ancaq bu ən böyük problemdir ki, biz onu edə bilməmişik. Çox az təsərrüfatlar var ki, heyvanın yemlənməsində otdan başqa konservləşdirilmiş yemlərdən istifadə olunur. Otu silos formasında saxlayırlar, sonra isə qıtlıq yaranan zaman heyvanların yemlənməsində istifadə edirlər”.

İqtisadçı qeyd etdi ki, adətən ot qıtlığı yaranan zaman fermerlər heyvanların sayını azaldırlar: “Bu yolla yaranmış qıtlığa uyğunlaşmağa çalışırlar. Ancaq ola bilər ki, gələn il məhsuldarlıq yüksək olsun və otun qiyməti ucuzlaşsın. O zaman isə ot bol olsa da, heyvanların sayı az olacaq. Çünki ot qıtlığı yaşandığı illərdə heyvanları sayı azaldılır. Ümumilikdə isə onu deyə bilərik ki, bu il ət və süd istehsalı ilə məşğul olan fermerlərin işi çətin olacaq”.

Yaranan qıtlıq səbəbindən xaricdən it idxal edilməsinə gəlincə, ekspert bunun əvəzinə yem ehtiyatını artıracaq digər tədbirlər görülməsini tövsiyə etdi: “Xaricdən ot idxal etmək düzgün deyil. Yaxşı olardı ki, ölkədə kombikorm zavodu tikilsin. Zavodların tikilməsinə üstünlük vermək lazımdır. Silosun və digər yem inqridentlərinin istehsalının artırılması vacibdir. Məsələn, hazırda ölkədə geniş pambıq və şəkər çuğunduru əkini həyata keçirilir. İstənilən bu cür texniki məhsulların sonrakı emal prosesi zamanı qalıqları qalır. Bunu da kombikorm zavodunda emal edib keyfiyyətli yem düzəltmək olar. Bu mənada istehsal zəncirini tam əhatə etmək lazımdır. Strateji məhsulların qalıqlarından da istifadə etməliyik. Hansısa ölkədən ot gətirmək baha başa gələcək, bu düzgün deyil. Onun əvəzində kombikorm zavodu tikmək və bəzi məhsulların tullantılarından kombikorm istehsal etmək daha doğru olar”.
Image result for Müslüm İbrahimov
Ətin qiymətinin bahalaşacağı ehtimalına toxunan Müslüm İbrahimov bunun təkcə yemlə bağlı olmadığını vurğuladı: “Ətin bir neçə növü var: quş əti, qoyun əti , dana əti... Bunların qiyməti bir-biri ilə əlaqəlidir. Məsələn, quş ətinin qiyməti artanda bu dana ətinin də qiymətinin artmasına gətirib çıxarır. Səbəb təkcə yem deyil, burada müxtəlif səbəblər ola bilər. Otun qiyməti də müəyyən mənada təsir edir”.

İqtisadçı Qubad İbadoğlu isə bildirdi ki, hələ ki, ətin qiymətinin artması gözlənilmir: “Hələ ki yaşıl yem mövcuddur. Bu mənada ətin qiymətində artım olacağını düşünmürəm. Xüsusən də yay aylarında mal ətinə tələbat azalır. Qoyun ətinə tələbat artır. Ola bilər ki, qoyun əti bir qədər bahalaşsın. Ancaq mövsüm bitəndə yemə də tələbat artır. Yem qıtlığı olarsa bahalaşa bilər, bu da ətin qiymətinə təsirsiz ötüşməyəcək. Mən daha öncə də demişdim ki, gedən proseslər səbəbindən ətin qiyməti kəskin bahalaşacaq. Hazırda bahalaşma davam edir və bundan sonra da davam edəcək. Mən əvvəl demişdim ki, ətin qiyməti 15 manata çıxa bilər. Hazırda sümüksüz ət 14 manata satılır. Yəqin ki, sümüklü ətin qiymətinin də o səviyyəyə qalxması gözləniləndir. Hələ ki, yay aylarında mövsümi amillərdən dolayı bu mümkün deyil. Ancaq mövsüm bitdikdən sonra artım ola bilər. Hazırda qoyun əti ilə mal ətinin qiyməti arasında fərq var. Ola bilər ki, yay aylarında qoyun əti bahalaşsın və o fərq aradan qalxsın”.









Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap