![]() |
|














“Tağı Əhmədovu məcbur etmişdilər“ - “O vaxt Tağı Əhmədovu Moskvadan hay-küylə gətizdirən...“
Tarix 23.04.20, 14:48 |
|
295.jpg)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a eksklüziv müsahibə verib. Kamandar Nəsibov bir çox mətləblərə aydınlıq gətirib, Akif Çovdarovun barəsindəki hökmü mübahisələndirəcəyini, ölkədən getmək fikirinin olmadığnı, Eldar Mahmudovla yaxşı münasibətlərinin qaldığını gizlətməyib. Deyib ki, hələlik Akif Çovdarov istirahət edir, dincəlir:
- Akif Çovdarovun müalicəyə ehtiyacı var. Bu, qeyd-şərtsizdir ki, müalicəyə, özü də ciddi müalicəyə ehtiyacı var. 3-5 gün, türklər demişkən, kəndinə gəlsin, ondan sonra ailədə müzakirə edəcəklər, hara gedəcək, harada müalicə alacaq. Bu məsələ ailədaxili qərarla veriləcək.
- Akif Çovdarovun ölkədən birdəfəlik getmək, Gürcüstandakı evinə köçüb orada yaşamaq kimi planları varmı?
- Yox, onun belə fikiri, planı yoxdur. Gedib oradakı qohum-qardaşına baş çəkəcək, həbsdə olduğu dövrdə orada yas, toy olub. Əlbəttə ki, gedib baş çəkəcək. Amma xaricə birdəfəlik köçmək fikri yoxdur.
- Akif Çovdarovun hərəkət sərbəstliyi varmı?
- O, tam əfv olunub. Heç bir məhdudlaşdırma da yoxdur.
- Akif Çovdarova qarşı mülki iddialar var. Həmin mülki iddialar üzrə öhdəlikləri yerinə yetirib və ya yetirəcəkmi? Bu məsələlər nə yerdədir?
- Mülki iddiaların əksəriyyəti təmin olunmadı. 1 mülki iddia təmin olunmuşdu, o, mülki iddia ilə bağlı da şikayət hazırlayırıq, məhkəməyə təqdim edəcəyik.
- Təmin olunan iddia Tağı Əhmədovundur?
- Yox, Tağı Əhmədovun iddiası baxılmamış saxlanılmışdı. Sonradan Tağı Əhmədov özünün dediyi kimi 42 illik əmək haqqı davasını Akif Çovdarovla davam etdirmədi?- Orada müəyyən şərtlər var idi, o vaxt. Rəhbərlikdə olan bəzi şəxslər vardı ki, onlar Tağı Əhmədovu Akif Çovdarovun üzünə durmağa məcbur etmişdilər. Biz özümüz bilirik ki, kimlər ona rəhbərlikdən deyib ki, get, Akif Çovdarovun üzünə dur.
- Bunu niyə məhz Tağı Əhmədova demiş, tapşırmışdılar?
- O vaxt rəhbərlikdə müəyyən şəxslər var, hansılar ki, indi hakimiyyətdə deyillər, onlar Tağı Əhmədovu məcbur etmişdilər. Tağı Əhmədovun metrodakı fəaliyyəti ilə bağlı MTN-də araşdırma aparılmışdı. Bundan xəbər tutmuşdular və Moskvada olan Tağı Əhmədova demişdilər ki, istirahətini dayandır, təcili Moskvadan Bakıya qayıt.
- Kim idi həmin şəxslər?
- Biz özümüz bilirik ki, Tağı Əhmədova bunu kimlər deyib. O vaxt Tağı Əhmədovu Moskvadan hay-küylə gətizdirən kimlər olub. Tağı Əhmədovun metrodakı işi ilə bağlı araşdırma aparılanda ona çox yüksək vəzifəli şəxs zəng edib demişdi ki, gəzməyi qurtar, burada səninlə bağlı iş gedir, bütün zibillərin çıxıb ortaya. Elə həmin şəxslər də MTN məsələsi olanda Tağı Əhmədovu Akif Çovdarovun üzünə qoydular. Tağı Əhmədovun məhkəmə iclasında nə formada danışırdı, nə deyirdi, görsəydiz, absurd idi dedikləri. Nə Tağı Əhmədovun qardaşı oğlu, nə bacısı oğlu o dediyi vaxtda, dediyi yerdə olmayıblar. Tağı Əhmədovun özü də həmin ərazidə olmayıb. Həmin əraziyə yaxın yerdə olmayıb. Telefonların dislokasiyasından da bu bilindi. Tağı Əhmədov həmin vaxt tamam başqa bir ərazidə olmuşdu. Onun bacısı oğlu ilə qardaşı oğlu da guya pulun verildiyi yeri təsvir edə bilmirdilər.
- Tağı Əhmədov sonradan sizin vasitənizlə, digər şəxslərin vasitəsi ilə bu məsələyə görə Akif Çovdarovdan üzr istədimi?
- Bu haqda heç nə deyə bilmərəm, no comment!
- Tağı Əhmədov əvvəldən çox iti danışırdı, sonradan isə mövqeyi 180 dərəcə dəyişdi. Bu cür mövqe onun yalan ifadə verməyə məcbur edilməsi ilə bağlı idi?
- Onun çıxışları əvvəldən elə idi, sonra isə istiqamətini dəyişdi.
- Sabiq müstəntiq Rüfət Səfərov yazır ki, Akif Çovdarov həbsdə olarkən “içəri” telefon keçirib və həmin telefonla Eldar Mahmudovla gizlin danışıb. Bu məsələnin üstü açılanda Akif Çovdarovun saxlandığı kameradan televizor və digər bir neçə məişət əşyası cəza tədbiri olaraq götürülüb. Bu haqda nə deyə bilərsiniz?
- Belə bir söhbət olmayıb. Akif Çovdarov cəzaçəkmə yerində olarkən ailəsi və biz vəkillərindən başqa kiminləsə danışmayıb.
- Mətbuatda digər MTN generallarının Eldar Mahmudova yönəlik xoş olmayan sözlər işlətmələri haqda məlumatlar vardı. Hətta kəskin ifadələr işlətmələri də iddia olunurdu. Akif Çovdarovun Eldar Mahmudov haqda fikirləri, xüsusən həbsindən sonrakı dönəmlə əlaqəli maraqlı olardı. Bu haqda aranızda danışmısız?
- Eldar Mahmudovu axı niyə söyməlidirlər? Çıxandan sonra aralarında nə söhbət qalıb, görüşüb söhbət edərlər.
- Eldar Mahmudovla Akif Çovdarovun münasibətləri hazırda necədir? Həbsə qədərki münasibətlər saxlanılıbmı?
- Elə bir problem yoxdur. Orada bir yerdə işləyiblər. Məncə, kimsə həbs ediləndən sonra başqasına söyüş söyməsi absurd görünür.
- Akif Çovdarovun məhkəməsini izləyənlər bilir ki, o, ittihamlar üzrə özünü təsirli bilmirdi. Akif Çovdarov belə bir halda bəraət alması üçün müraciət edəcəkmi?
- O barədə biz hələlik söhbət etməmişik. Dünən evinə gedib, nəvə-nəticələri, evdəkilərlə görüşməlidir. Bundan sonra atacağımız addımları müzakirə edəcəyik.
- Akif Çovdarovun evindən yayılan bir foto var. O, fotoda Akif Çovdarovun oğlu, siz, özü və digər şəxs var. Həmin şəxsin kimliyi də oxucuların marağındadır. Kimdir o şəxs?
547.jpg)
- Akif Çovdarovun digər vəkili Sadiq Rəsulovdur. Biz Akif Çovdarov karantindən çıxanda onunla birgə evinə gəldik, ailəsinə təhvil verdik. Yoldaşı təklif etdi ki, evə keçib bir tikə çörək yeyək. Orada ailə üzvləri idi, bir də biz 2 vəkil. Akif Çovdarov təklif elədi ki, prezidentin, 1-ci vitse-prezidentin sağlığına içək. Bir tikə çörək yeyib, çıxdıq.
-Akif Çovdarova çoxlu zəng edənlər olub. Maraqlıdır, həmin şəxslər sırasında MTN rəhbərliyindən olan şəxslər vardı? Məsələn Eldar Mahmudov?
- Həqiqətən Akif Çovdarova çoxlu zənglər gəlirdi. Axırda oğlu telefonu söndürüb bir kənara qoymaq məcburiyyətində qaldı ki, atası bir tikə çörək yeyə bilsin.
- Keçmiş MTN rəhbərliyindən kiminləsə danışdımı?
- Bu haqda mənə nəsə demədi. Amma zəng edən çox idi. Ona həddindən artıq çox zəng oldu. Zənglərin arası kəsilmirdi. Hesab edirəm, Akif Çovdarova qarşı irəli sürülən ittihamlar saxta ittihamlardır. Bir balaca savadlı vəkil hökmü oxuyandan sonra görəcək ki, heç bir epizod öz təsdiqini tapmır.
- Akif Çovdarovun adı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində də hallanırdı. İddia olunurdu ki, ....
- Boş-boş şeylərdir hamısı. Söhbət ondan gedir ki, müəyyən kateqoriyalı adamlar vardı ki, o dövrdə MTN-in bombardman edilməsində maraqlı idilər. Həmin kateqoriya adamlar özlərinə yaxın jurnalistlərə göstəriş verirdilər ki, belə məqalələr yazsınlar. Həmin məqalələr əsassız idi. Yazırdılar ki, gizli “podval”lar var “teplitsa”larında. Onun killer dəstəsinin olduğunu yazırdılar. İttiham qalmamışdı ki, yazmasınlar. Nə oldu? 5-10 dənə dələduzu Akif Çovdarovuun üzünə qoydular. Həmin şəxslərin əksəriyyəti də sonradan həbsə atıldılar. İfadələri verdilər və istifadə olunmuş mal kimi kənara atıldılar. Həmin üzə dayananların 90 faizi istintaq altında, istintaq təcridxanasında, orada-burda cinayətə bulaşmış şəxslər idi. Barələrində cinayət işləri istintaq olunurdu. Onlara şərt qoyulmuşdu ki, Akif Çovdarovun üzünə durun, ya da sizə ağır cəzalar veriləcək. Onlar üzə dayandılar, məhkəmədə gəlib çıxış elədilər, amma onlara yenə də cəza təyin olundu.
- Dediniz ki, Tağı Əhmədovu üzə durmağa məcbur ediblər. Bəs 8-ci kilometr bazarı ilə bağlı epizodla bağlı nə deyə bilərsiz? Orada bazar sahiblərindən alınıb, Akif Çovdarovun sahibliyinə necə keçmişdi?
- Bu artıq istintaqın məsələsidir. Biz orada da tam sübut elədik ki, ittiham o hissədə də əsassızdır. Çünki orada əsas zərərçəkmiş şəxs, hansı ki, ilkin olaraq bazarın sahibi olub, gəlib orada açıq-aşkar danışdı ki, kim ona hədə-qorxu gəlib, kim onun başına pistoletlə sıxıb əmlakı alıb o qardaşlara, Səfərovlara verib. Onlar o vaxtı bazarı zorla əlindən alıblar.
- Bazarın zorla alındığı deyirsiz, amma Akif Çovdarovun sahibliyinə...
- Orada, o şəxs, sahibi, o vaxt ki, bazar ona qayıtdı, o, həmin qardaşlardan ehtiyat edirdi-neynirdi, adlarını deməyəcəyəm, o vaxtı müəyyən qüvvələrə bağlı idilər, o da dedi ki, bazarı satmaq istəyirəm. Münasib adamlar varsa, təklif edildi, alanlar alsınlar. Alanlar da aldı.
- Akif Çovdarov həmin bazarın ona aid hissədə sahibliyinə qaytarılması üçün məhkəmə davası açacaqmı?
- Həmin bazarla bağlı məhkəmə çəkişməsi davam edir. Orada bazar başqa şəxslərin adınadır. Onların adından məhkəmədə dava gedir.
- Məhkəmə Akif Çovdarovun və digərlərin işi üzrə hökm çıxaranda “8-ci kilometr bazarı”nın dövlətə qaytarılması elan olunmuşdu. Bazar tam olaraq dövlətə qaytarılıb, yoxsa Hilal Əsədovun 50 faizlik payı qalır?
- Orada 50 faiz qalmışdı.
- Hökmə görə bazarın yarısı qanuni olaraq sahibindən alınaraq Hilal Əsədova verilib?
- Belə çıxır. Necə ola bilər yarısı qanuni, yarısı qanunsuz olur? O biri hissə qanuni çıxdı. Bir hissə qanuni, bir hissəsi qanunsuz oldu? Halbuki bazar bir yerdə həll olunan məsələ idi.
- Çox maraqlıdır, Akif Çovdarovla eyni rütbə daşıyan, MTN-in iri idarələrinin rəisləri olanlar kənarda qaldılar, Akif Çovdarovu isə həbs etdilər. Elə Akif Çovdarovun bazar məsələsində şəriki Hilal Əsədov, istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin də adları çox hallanırdı məsələn. Niyə məhz Akif Çovdarov hədəfə gəldi?
- Bu barədə nəsə deyə bilmərəm. Bu haqda vəkil kimi ondan soruşa bilməzdim.
- Ailəsinin yaxını kimi də xəbər almamısız?
- Kimisə müdafiə edəndə, digər şəxslərlə bağlı niyə eyni addımların atılıb-atılmamasını soruşmuram. Belə suallar qoyanda, məsələn, bazarla bağlı deyəndə ki, niyə 50 faizi qanuni oldu, 50 faizini isə qanunsuz elan edirsiz, məhkəmə cavab verir ki, bizə iş istintaqdan belə gəlib, ittihamdan kənar çıxa bilmərik.
Xəbərin oxunma sayı : 517
Müsahibə
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV