Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Təbii qaz müqabilində Azərbaycana elektrik enerjisi ixrac edə bilərik“ - naziri

Tarix 11.09.22, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik". "Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.

Nazir vurğulayıb ki, belə bir imkan var, bu, prinsipcə təsdiqlənib.

"Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, - nazir vurğulayıb.

Bakıya səfər zamanı bir sıra diqqətçəkən məqamların olduğunu deyən Stoyanov bildirib ki, bunlardan birincisi Cənub Qaz Dəhlizi ilə interkonnektorun təşviqi ilə bağlıdır.

"Bizdə tam əminlik var ki, qazın bu qoşulması oktyabrın 1-dən başlayacaq. Azərbaycan tərəfi bizim onlarla ildə 1 milyard kubmetr müqavilənin tam icrasına ümid edə biləcəyimizi təsdiqləyib", - Nikola Stoyanov bildirib.

İkincisi, gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi gözlənilir və 3-4 ildən sonra bu genişləndirmə istismara verilməlidir. Bu da o deməkdir ki, biz Azərbaycandan ildə daha 1 milyard kubmetr qaz ala bilərik.

“Bu, o deməkdir ki, Azərbaycanla uzunmüddətli müqavilələrlə ildə 2 milyard kubmetr qazımız olacaq və istehlakımız ildə təxminən 3,5 milyard kubmetr təşkil edir ki, bu da 60 %-ə yaxın deməkdir. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla danışıqları davam etdirəcək, qiymət, kəmiyyət, dəqiq nə vaxt və s. ilə bağlı danışıqlar aparılacaq. Əsas odur ki, bu kəmiyyətləri indidən bəyan edirik”, - Stoyanov əlavə edib.

Onun sözlərinə görə, Bakıda danışıqların üçüncü əsas mövzusu bu qış əlavə qaz həcmlərinin əldə edilməsinin mümkünlüyü olub.



Xəbərin oxunma sayı : 982




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap