Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Təbliğat Putini necə hakimiyyətdə saxlayır - “Nyu-York Tayms”

Tarix 20.09.21, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 17-19-u Rusiyada Dövlət Dumasına keçirilən seçkinin ilkin rəsmi nəticələri hakim Vahid Rusiya Partiyasının qələbəsindən xəbər verir. Dumanın 225 deputatının seçildiyi proporsional sistem üzrə mübarizəni 14 partiya aparıb. İlkin nəticələrə görə, Vahid Rusiya Partiyası 49% səslə liderdir. Majoritar sistemdə isə 225 dairənin 195-də Vahid Rusiya Partiyası önə çıxıb.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunan “Putinin təbliğat sistemi onu necə hakimiyyətdə saxlayır” başlıqlı məqalədə deyilir ki, Rusiyada seçki Kreml üçün heç vaxt asan məsələ olmayıb: “Seçicilərə geniş seçim imkanı versən, istədikləri namizədə səs verəcəklər. Seçim imkanını çox daraltsan, rejimin avtoritarlığı gözə girəcək”.

Məqalədə bildirilir ki, bu səbəbdən Putin rejimi heç zaman seçkidə riskə getmir, həmişə qabaqlayıcı tədbirlər görür: “Sonuncu seçkidə də Putin riskə getmədi. İlin əvvəlində müxalifət lideri Aleksey Navalnı həbs olundu. Ardınca qanuna edilən düzəlişlə onlarla müstəqil KİV “xarici agent” elan olundu, onların fəaliyyəti məhdudlaşdırıldı. Eyni qanunla neçə-neçə müxalif siyasətçinin də seçkidə iştirakına yasaq qoyuldu. Çünki yeni qanun “xarici agent”, “ekstremist” sayılan qurumlarla əlaqəli şəxslərin dövlət idarəçiliyində yer almasını qadağan edir. Bundan başqa həbslər aparıldı, bəzi fəallar ölkədən mühacirət etmək məcburiyyətində qaldı. Beləliklə, müxalifət faktiki darmadağın edildi. Bütün bunlara qarşı ölkədə ardıcıl etirazlar keçirməyə isə imkan verilmədi”.

Məqalədə deyilir ki, Putinin qələbəsini təmin edən bir faktor da onun ictimai rəyi öz nəzarətində saxlamasıdır: “Demək olar ölkənin bütün televiziya kanalları və qəzetləri Kremlin nəzarəti altındadır. REN TV kimi müstəqil kanalların da Kremlə bağlılığı var. Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov KİV-ləri kurasiya, informasiyaları idarə edir. Buna görə də mediada durmadan “müdrik lider” tərif olunur”.

Məqalədə vurğulanır ki, hakimiyyətin milyardlarla dollar qoyduğu KİV-də aparılan təbliğat əhalini daim xof altında saxlayır. Tez-tez 1990-cı illərin çətin günləri xatırladılır, rusiyalılar iqtisadi fəlakət, xaos, ərazilərin itirilməsi təhlükəsi ilə qorxudulur. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ mənəvi deqradasiyanın, siyasi səbatsızlığın və yoxsulluğun baş alıb getdiyi məkan kimi təbliğ olunur.

“Nyu-York Tayms” xatırladır ki, 2008-ci ildə Gürcüstanla hərbi münaqişə zamanı Rusiya KİV-ləri Gürcüstanı Rusiya əleyhinə zorakılığın “beşiyi” kimi təqdim edirdi: “Nəticə heyrətamiz oldu: müharibə bitəndən bir il sonra aparılan sosioloji sorğular rusiyalıların 62 faizinin Gürcüstana – Cənubi Qafqazın bu kiçik ölkəsinə Rusiyanın əsas düşməni kimi baxdığını üzə çıxardı.

İndi Gürcüstanı Rusiya ilə daha xoş münasibətdə olan bir hökumət idarə edir və gürcü mövzusu Rusiya KİV-indən demək olar yoxa çıxıb. Gürcüstana düşmən kimi baxanların da sayı azalmaqdadır. Hazırda rusiyalıların yalnız 15 faizi bu ölkəyə düşmən gözüylə baxır”.

Məqalədə deyilir ki, Putin internet məkanını da sıxma-boğmaya salıb, sosial şəbəkə fəalları təqib edilir, platformalara girişə məhdudiyyətlər qoyulur. Beləliklə, Putin ölkənin informasiya məkanını mühasirəyə alıb, əhalinin geniş təbəqələrini yalnız hakimiyyətin apardığı təbliğatdan asılı vəziyyətdə saxlamağa nail olub.

Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir olub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ildən baş nazir kürsüsündə əyləşib, 2012 və 2018-ci illərin prezident seçkilərində qalib gəlib.

Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir. Dmitri Medvedyev 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap