|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
“Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, bir daha...“ - Prezident “Rossiya-1” telekanalından sərt mesajlarını verdi
Tarix 29.09.20, 23:03 |
|
"Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir"
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.
AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.
Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.
Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.
Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. Ankara Prezidentin və Xarici işlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında sizə kömək edəcək.
Prezident İlham Əliyev: Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu əslində məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir.
Prezident İlham Əliyev: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.
Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistan tərəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazan formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli?
Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik.
Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır.
Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük.
Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub?
Prezident İlham Əliyev: Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı.
Sonra erməni tərəfi açıq-aşkar, nümayişkəranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkəranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində ölkə böhran içindədir.
Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.
Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun. Mümkündürsə lap qısa cavab verin: hə, ya yox. İndi cəbhədə Suriyadan olan muzdlular varmı?
Prezident İlham Əliyev: Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.
Aparıcı: Çox sağ olun. İlham Əliyev bizimlə Bakıdan əlaqədə idi. Sizə cansağlığı arzulayırıq, görüşənədək. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Görüşənədək.
Xəbərin oxunma sayı : 358
Gündəm
Xəbərlər
-
Putin ilk rəsmi səfərini Çinə edəcək - KİV
-
Deputatlar bu tarixdə toplanır - Daha 21 qanun dəyişəcək (SIYAHI)
-
Bəzi bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
-
Moldova XİN Rusiya səfirinə nota verdi - Bir əməkdaş “persona-non-grata” elan edildi
-
“8-ci kilometr bazarı”nın yaxınlağındakı yeraltı keçiddən niyə istifadə olunmur? - VİDEO
-
Məktəblərdə dərslər nə vaxt başlayacaq? - Açıqlama
-
Bakıda keçmiş məhkum bank yarmaq istədi - VİDEO
-
Pulla şəhadətnamə almaq istəyən taksi sürücülərinə XƏBƏRDARLIQ
-
Bayram günlərində bölgələrdə qar yağacaq - Proqnoz
-
FHN Bakının mərkəzindəki məşhur kafeni bağladı – VİDEO
-
“Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir” - Hikmət Hacıyev
-
Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi - VİDEO
-
Bayramda rayonlarda istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
Aİ Ukraynaya hərbi yardım fondunu artırır: Milyardlarla dollar ayrılacaq
-
Xəzər dənizində əməliyyat: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
-
“Bu, müharibəyə gətirib çıxaracaq...“ - Paşinyan
-
Azərbaycanlı müğənniyə toyda 70 min qonorar ödənilib - VİDEO
-
Xam nefti ən baha qiymətə Fransaya satırıq – Ölkələrin tam siyahısı
-
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
-
İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
-
Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? - ARAŞDIRMA
-
Azərbaycanda tapılan qədim sikkələrin görüntüləri - VİDEO
-
“Bank of Baku“dan narazılıq: Keşbek limitini 3 dəfə azaldıb
-
Niger hakimiyyətindən ABŞ hərbçilərinə şağırış - “Ölkəni tərk edin...“
-
Taksilərlə bağlı yeni qaydalar: Bundan sonra... (VİDEO)
-
AXCP Daşkəsən rayon şöbəsinin sədri niyə saxlanılıb? - DİN açıqladı
-
Novruz tətili başlayır - Neçə gün qeyri-iş günü olacaq?
-
Rayonlara qar yağıb, şaxta olub - FAKTİKİ HAVA
-
Çin hava taksilərinin satışına başlayıb - VİDEO
-
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım etdi - FOTO
-
Bakıda sakinlər uçmaq təhlükəsi olan binada yaşayırlar - VİDEO
-
Polisdən Saatlıda əməliyyat - Saxlanılan var
-
“İsrail məhv ediləcək“ - Tramp
-
Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü
-
Cənub bölgəsində satılan balıqların qiyməti artdı - VİDEO
-
Ramazanda Novruz şirniyyatlarından yemək orqanizmə necə təsir edir? - VİDEO
-
Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək
-
NATO ilə davam edən uğurlu dialoq
-
Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma
-
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
-
Xalq artisti görünüşü ilə təəccübləndirdi - VİDEO
-
Futbolumuzun yeganə xilas yolu - Yalnız o gəlməlidir
-
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”: Generalın istintaqı bitdi
-
Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib: Bulut Bağcı kriptovalyuta işini necə “qurub?”
-
Dərman vasitələrinin farmakonəzarət qaydası ilə bağlı YENİLİK
-
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
-
Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək məbləğlər - SİYAHI
-
NATO Baş katibi AzTV-yə müsahibə verdi – VİDEO
-
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
-
“Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram” - Prezident
-
AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı - RƏSMİ
-
Nura Suridən Xəyyam Nisanov barədə şok sözlər - VİDEO
-
Jurnalsit İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər“
-
Ermənistanın keçmiş müdafiə naziri: “Hindistandan alınan silahlar yararsız vəziyyətdədir”
-
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
-
Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı
-
Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO
-
“Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik” - İlham Əliyev
-
Zəngilanın bu kəndi yenidən qurulacaq - 1,1 milyon ayrıldı
-
Hikmət Hacıyev Çinə niyə gedib? - TƏHLİL
-
“Azpetrol“ məntəqələrində yolxlama: İnsanların həyatı təhlükəyə atılıb!
-
Yerli və idxal kərə yağları cüzi bahalaşıb – Son qiymətlər
-
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
-
Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO
-
Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindənsəmərəli şəkildə istifadə edir
-
Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir: Minlərlə hərbçi yerləşdiriləcək
-
“Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir” - Prezident
-
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - “Rang Rover“lə qəza...
-
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə
-
“Əfsuslar olsun ki, bu, Ermənistana dərs olmadı“ - Azərbaycan lideri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub
-
“Azəriqaz”da Cahid Hüseynov ruzigarı: direktor müavininin bacısı oğlu yeni vəzfəyə təyin edildi
-
Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO
-
“İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək“ - Nazirlər Kabineti
-
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
-
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur
-
Prezident Azərbaycan xalqını təbrik etdi - MƏTN
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - Nəticələr elan olundu
-
Polis gücləndirilmiş iş rejimində çalışacaq - DİN
-
Azərbaycanda işsizlərin sayı artdı – Son 20 ilin statistikası
-
İkitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü
-
“Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq“ - Millət vəkili
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb - Xalqı təbrik edib + FOTOLAR
-
Nazirlik “Araz Supermarket”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
İşdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - FOTOLAR
-
Martın 20-də geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Dünyanın ən isti yeri: burada hətta bakteriyalar belə yaşaya bilməz
-
İlham Əliyev Vladimir Putini təbrik etdi - Prezident seçkisində qələbəsinə görə
-
Xırdalan dairəsində ev adı altında tikilən obyekt restoran kimi fəaliyyət göstərəcək - FOTOLAR
-
“Bakı otis lift“ valyuta vəsaitini xaricdən geri qaytarmayıb - PROTOKOL
-
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
-
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - REYTİNQ
-
Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərlə bağlı brifinq keçirilib - VİDEO
-
Hikmət Hacıyev Pakistanın Çindəki səfiri ilə görüşüb - FOTO
-
“Putin prezident seçkilərində qalib gəldi“ - Rusiya MSK
-
Dövlətə məxsus 10 avtomobil hərraca çıxarılır – Qiymətlər 1 300 manatdan başlayır (SİYAHI)
-
Bakıda həll yolunu tapmayan səki problemi - VİDEO
-
Məktəb təhsili əlavə hazırlıqlara sövq edir? - VİDEO
-
Deputat Erkin Qədirlinin köməkçisi ölkədən qaçıb? - İDDİA
-
Əli Əsədovdan qeyri-müntəzəm sərnişin daşınması ilə bağlı QƏRAR
-
“Rusiya ilə NATO arasında müharibə mümkündür“ - Putin
-
Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA
-
“Ukrayna üçün hərbçilərin göndərilməsi, silah və sursat təchizatı yoxdur“ - Avstriyanın XİN
-
Novruz Bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir - VİDEO
-
“Biz onu dəyişmək istəyirdik, amma o, öldü“ - Putin
-
Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - FOTOLAR
-
Binəqədidə söküntü problemi: Mənzil sahibləri tikinti şirkəti ilə razılaşmırlar - VİDEO
-
“Rəsmi nikahım yoxdur“ - Vəfa Şərifova
-
“Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq” - Qurban Qurbanov
-
“Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var“ - Prezident İlham Əliyev
-
Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir
-
“Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq“ - Prezident
-
Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO
-
Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub - VİDEO
-
Mənzil almaq istəyənlər bankların daxili ipotekasından niyə istifadə edə bilmir? - VİDEO
TOP 10
ARXİV