Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Tədbirdə 2 yox, 7 nəfər iştirak edib” - Alban-Udi Xristian Dini İcması açıqlama yaydı

Tarix 17.10.19, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilinin jurnalist Səbuhi Abbasovun bir neçə gün əvvəl səsələndirdiyi  iddialarla bağlı açıqlama yayıb. “Multikultural Azərbaycan” açıqlamanı olduğu kimi təqdim edir: 

Son günlər bəzi saytlarda Azərbaycan-Slavyan Gənclər Assosiyasiyasının sədri, jurnalist Səbuhi Abbasovun “Facebook” səhifəsindəki yazısına istinadən ATƏT-in tədbiri çərçivəsində bizim icma tərəfindən Varşavada 24 sentyabr 2019-cu ildə təşkil olunmuş “Udilərin dini etiqad məsələsi: Azərbaycan timsalında” adlı tədbirlə bağlı tamamilə böhtan xarakterli məlumat yayılmışdır. Bu isə Alban-udi xristian dini icmasının mənsublarının narahatlığına səbəb olmuş və bizi dərindən məyus etmişdir. Əfsuslar olsun ki, S.Abbasov tərəfindən yayılmış yalan məlumat ictimaiyyəti çaşdırmaqla yanaşı, tədbirimiz barədə yanlış təsəvvür oyatmışdır. Odur ki, məsələyə aydınlıq gətirməyi zəruri hesab edirik.

Birincisi, S.Abbassov iddia edir ki, tədbirin təşkilatçılığı və maliyyələşməsi Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən həyata keçirilmişdir. Bu tamamilə yalan məlumatdır. Bəyan edirik ki, “Udilərin dini etiqad məsələsi: Azərbaycan timsalında” adlı paralel tədbirin təşkilatçısı icmamızdır. Eyni zamanda, bu tədbirin bütün maliyyə xərcləri icmamız tərəfindən ödənilmişdir. Əlimizdə bunu sübut edəcək kifayət qədər faktlar (hesab-fakturalar) var və onları şəffaf formada ictimaiyyətə təqdim edirik. Bu ittiham dolu qərəzli yazını yazmazdan öncə S.Abbasov özü üçün müəyyən etməli idi ki, tədbirin maliyyələşməsi PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, yoxsa Alban-Udi icması tərəfindən həyata keçirilmişdir;

İkincisi, S.Abbasov iddia edir ki, guya sözügedən paralel tədbirin keçirilməsi üçün ən azı 100 nəfərlik yemək masası açılıb və belə təəssürat oyatmağa çalışır ki, sanki böyük məbləğdə pullar xərclənib. Bu böhtanı ifşa etmək üçün əlimizdəki hesab-fakturalara nəzər yetirməyiniz kifayətdir. Belə ki, biz, icma olaraq, cəmi 30 nəfərlik yemək masası sifariş vermişdik. İcmamız tədbirə görə, zalın icarəsi, tərcüməçi, texniki təchizat və yemək xərci daxil olmaqla, ümumilikdə, 4960 Polşa zlotası (1156 Avro) xərcləmişdir. Göründüyü kimi, S.Abbasovun şişirtdiyi rəqəmlər reallıqdan tamamilə uzaqdır və bu xaricdə bir tədbirin keçirilməsi üçün ən minimal məbləğdir.

Üçüncüsü, tədbirimizdə az adamın iştirakına gəlincə, bunu inkar etmək fikrində deyilik. Baxmayaraq ki, xaricilər üçün ingilis dilində dəvətnamələr hazırlayıb-paylamışdıq, orada iştirak edən vətəndaş cəmiyyətlərinin nümayəndələrinə hətta tək-tək yaxınlaşıb tədbir barədə məlumat vermişdik, əfsuslar olsun ki, arzuladığımız qədər iştirakçı qatılmamışdır. S.Abbasov burada da təhrifə yol verir. Onun iddiasının əksinə olaraq, tədbirimizdə iki nəfər deyil, ümumən, yeddi nəfər iştirak etmişdir. Onlar arasında müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də olmuşdur. S.Abbasov isə dəstək olmaq əvəzinə, tədbir bitənə yaxın zala daxil olmuş və bizi “rüsvay” etmək məqsədilə şəkillər çəkmişdir. Düzü, bu hərəkəti düşmən tərəfi etsəydi, təsir etməzdi. Lakin öz azərbaycanlımız tərəfindən belə addımın atılması bizi sarsıtdı. O ki qaldı, az sayda insanın önündə çıxış etmək məsələsinə, bu qəbahət deyil. Tədbir etikası tələb edir ki, bir nəfər iştirakçı olsa belə, onun qarşısında çıxış etmək lazımdır.

Dördüncüsü, Prezident Administrasiyasının şöbə müdiri E.Nəcəfovun çıxışına gəlincə, o, bizim dəvətimizlə  iştirakçı kimi tədbirə qatılmışdır. O, Azərbaycan dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması sahəsində gördüyü işlər, habelə erməni işğalçıları tərəfindən qədim alban xristian məbədlərinin necə mənimsənildiyi barədə məlumat vermişdir.

Və sonuncusu. S.Abbasovun tədbir təşkilatçılarını dövlətə xəyanətdə ittiham etməsi məsələsinə gəlincə, sual yaranır, erməni yalanını beynəlxalq miqyasda ifşa etmək kimi ülvi məqsədi güdən bir tədbirə qara yaxmaq, faktları araşdırmadan öz aləmində onu “rüsvay” etmək kimlərin işinə yarayır? “Reket” jurnalistikası metodlarından istifadə edən S.Abbasovdan fərqli olaraq, biz, onu xəyanət kimi ağır məsələdə ittiham etmək istəməzdik. Lakin hər kəsi düşünməyə dəvət edirik. Biz, udilər, əsrlər boyu erməni vandalizmindən əziyyət çəkmişik. Erməni şovinistləri Azərbaycan xalqının irsi olan qədim Alban məbədlərini mənimsəməyə çalışır, durmadan beynəlxalq tədbirlərdə bununla bağlı təbliğat aparır, lazım gələndə, hətta bir nəfərin qarşısında çıxış edərək öz maraqlarını müdafiə edirlər. İndi nə edək? Bizdən asılı olmayan səbəblərə görə tədbirə az adam qatıldı deyə, əl-qolumuzu bağlayıb missiyamızdan vazmı keçməliydik? Beynəlxalq tədbirdə bir nəfər xarici dinləyici olsa belə, onun qarşısında ermənilərin bəd əməllərini ifşa etməyi özümüzə mənəvi borc hesab edirik. İndi sual olunur, S.Abbasov bizim tədbir barədə iftiralar yaymaqla düşmən dəyirmanına su tökməkdən başqa, nə əldə etdi?!

!

"Multikultural Azərbaycan" jurnalist Səbuhi Abbasovun bir neçə gün əvvəl paylaşdığı statusu təqdim edir: 

- Deməli, Polşada ATƏT-in tədbirində ayrı-ayrı zallarda paralel tədbirlər (“side event”) keçirilir. Belə tədbirlər bir dövlətin mühüm mesajlarının Avropaya çatdırılması baxımından çox əhəmiyyətlidir. 20-27 sentyabr tarixlərində azı 6 “side event”də iştirak etdim. Ən ağrılı, acılı isə isə bizim ölkənin tədbiri oldu. Deməli, 200 nəfərlik zal icarəyə götürülüb (1 saatı 550 avro), azı 100 nəfərlik yemək masası açılıb, əlavə videoçəkən və fotoqraf kirayələnib. Sizcə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən bu qədər xərc çəkilən 1 saatlıq tədbirə neçə nəfər qatılıb? Fotodan da yəqin görürsünüz: Cəmi 2 nəfər!

Təsəvvür edin, mən gələndən sonra içəridə cəmi 3 nəfər oldu. Heyrət etdiyim məqam bilirsiniz hansı oldu? Etibar Nəcəfov düz 1 saat kameraya baxaraq danışdı, Azərbaycan haqq səsini dünyaya “çatdırdı”. Ola bilsin həmin situasiyada elə ən düzünü Etibar Nəcəfov elədi. Ancaq şəxsən mən olsaydım xəcalətdən tədbiri təxirə salardım. 1 saat boş zalda, kameraya niyə danışım ki? Guya bu videoya baxıb, hesabatı qəbul edən soruşmayacaqmı, ay bala, zalı da göstər?… Bəli, o zala ATƏT Sammitinin iştirakçılarından yığmaq olduqca asan idi. Ən azı bufetdə zaman keçirən QHT və media nümayəndələrini təamlara görə dəvət edirsən, qaça-qaça gəlirlər. 200 yer dolur, üstəgəl 100 adam da ayaqüstə qalır. Əlbəttə, mən tədbirin niyə belə biabırçı keçməsini soruşdum. Etibar Nəvəfov və Polşa səfirliyində işləyən Fidan xanım qeyd etdi ki, biz bir neçə gün əvvəl tədbirlə bağlı flayerlər dağıtmışıq. Yəni tutar qatıq, tutmaz ayran.









Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap