“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Təhlükəsiz bölgəni terrorçulardan təmizləməkdə qərarımız qətidir” – Hulusi Akar

Tarix 02.10.19, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


“Fəratın şərqində 30-40 kilometrelik en dairəsində sərhəd boyunca ağır silahlardan və terroristlərdən təmizlənmiş təhlükəsiz bölgə, sülh dəhlizinin yaradılmasını zəruri bilirik”.

Türkiyənin Müdafiə naziri Hulisi Akar bu gün İstanbulda Milli Müdafiə Universitetinin 2019-2020 tədris ilininin açılış mərasimində çıxış edərkən bu fikirləri bildirib.

Nazir deyib ki, təhlükəsiz bölgə mövzusunda ABŞ ilə hava və quru ərazilərdə birgə əməkdaşlığın icrasına başlanıb və ərazidə baza qurulması istiqamətində işlər davam edir: “Hörmətli prezidentimizin təlimatları əsasında təhlükəsiz bölgə mövzusunda əvvəlcədən mövqeyimizi bildirmişik. Daha öncə də ifadə etdiyimiz kimi, müzakirə və ortaqlığımız məqsəd və hədəflərimizə uyğun olduğu müddətcə davam edəcək”.

Nazir bir daha vurğulayıb ki, Türkiyə Suriyanın şimalında terror dəhlizi yaradılmasına əsla yol verməyəcək və bu məsələdə Türkiyənin tələbləri xaricində ABŞ-la əməkdaşlığın davam etməsi gözlənilən deyil: “Qərarımız qətidir, tədarükümüzü görmüşük, B və C planımız da var. Əsas məqsədimiz Suriyanın şimalında PKK/PYD/YPG varlığına son qoymaqdır və ərazidə sülh dəhlizi yaradıb Suriyalı qardaşlarımızı öz torpaqlarına göndərməkdir”.

Hulusi Akar Türkiyənin İdlib mövzusunda Astana protokolu, Soçi müqaviləsinə uyğun fəaliyyətlərin olduğunu deyib, yeni bir qaçqın axınının qarşısını almaq üçün cəhdlər göstərildiyini bildirib: “Qaçqınlar mövzusunda daha bir insanlıq dramını yaşamamağa çalışırıq. Məlumdur ki, bu məsələdə də Rusiya ilə birgə fəaliyyətdəyik. Hərbi, siyasi və vətəndaşlarla çalışamalarımız davam edir. Məqsədimiz məzlum insanların bir daha zərər görməməsini təmin etməkdir”.

F-35 müharibə təyyarələriylə əlaqədar Türkiyə tərəfin hansı addımlar atacağı
məsələsinə isə nazir belə aydınlıq gətirib: “F-35 olmazsa, öz döyüş təyyarələrimizi istehsal edəcəyik. Patriot olmadı, necə “Sipər”i hazırladıq, eləcə də öz havadan müdafiə sistemimizi hazırlayarıq”.



Xəbərin oxunma sayı : 733




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap