Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Tehran-Bakı əlaqələrini inkişaf etdirməkdə qərarlıyıq”

Tarix 06.09.17, 1:40

Font ölçüsü : - / +
bitmap-img6


"Tehran və Bakı arasında əlaqələri inkişaf etdirməkdə qərarlıyıq"

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti administrasiyasının rəhbəri Mahmud Vaezi bu gün  Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevlə telefon danışığında deyib.
 
M.Vaezi  qeyd edib ki, Azərbaycan və İran arasında əməkdaşlıq üçün geniş potensial var və iki ölkəni bir-birinə bağlayan çoxlu bağlar mövcuddur: “Biz iki ölkənin əlaqələrinin inkişafı üçün hər iki ölkənin xalqlarının mənafeyi naminə mövcud olan bütün potensiallardan istifadə etməkdə qərarlıyıq”.
 
M.Vaezi, ötən dörd il ərzində  əlaqələrin möhkəmləndirilməsi üçün çox yaxşı nailiyyətlərin olduğunu qeyd edib: “Çalışmalyıq möhkəmləndirilmiş əlaqələri qoruyaq və əməkdaşlığımızı daha da inkişaf etdirək”.
 
İran prezident administrasiyasının rəhbəri  iki ölkə arasında razılaşdırılmış proqramların və müştərək layihələrin icrasının zəruriliyini vurğulayıb və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli inkişafından danışıb.
 
Telefon danışığında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Həsən Ruhaninin ikinci dövr prezident seçilməsi münasibətilə təbrikini çatdırıb və M.Vaeziyə tutduğu yeni vəzifədə uğurlar diləyib: “Ötən dörd ildə  müştərək səylər nəticəsində iki ölkənin əlaqələri yaxşılaşıb və hər iki ölkə xalqlarının mənafeyi uğrunda bir sıra işlər görülüb. Ümid edirəm yeni dövrdə də  Bakı-Tehran əlaqələri  daha da inkişaf edəcək”, - deyə Ş.Mustafayev bildirərək əlavə edib ki,  Azərbaycan  imzalanmış  sənədlərin sürətli icrasında, ikitərəfli əlaqələrin inkişafı üçün yeni proqramlar icra etməkdə qərarlıdır.  



Xəbərin oxunma sayı : 115




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap