Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Tehran cəlladı” tutuldu – İran polisi nümayişçilərə işgəncə verən prokuroru həbs edib

Tarix 23.04.18, 1:33

Font ölçüsü : - / +
bitmap-img6


İran polisi “Tehran cəlladı” kimi tanınan sabiq prokuroru həbs edib.

Səid Mortazavi 2009-cu il nümayişlərindən sonra məhbusların qətlinə görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ədliyyə sisteminin rəsmi Mizanonline.com səhifəsində Mortazavinin həbs edildiyi bildirilib, lakin başqa məlumat verilməyib. Tasnim xəbər agentliyi isə onun İranın şimalında, Xəzər dənizi sahilindəki villasında nəzarət altına alındığnı deyir. Mortazavi dekabr ayında məhkum edilib. Məhkəmə onu işgəncə və qətllərə təşviq və yardımda ittiham edib.

Məhkəmənin qərarından sonra sabiq prokuroru tapmaq mümkün olmayıb. Onun yoxa çıxdığına dair xəbərlər yayıldıqdan sonra Mortazavi axtarılanlar siyahısına salınıb. Xanımı və vəkili Mortazavinin itkin düşdüyünü danaraq, onun apellyasiya müraciət etməyə hazılaşdığını deyib.

Kanada Mortazavini İran mənşəli kanadalı foto-jurnalist Zəhra Kazeminin ölümündə ittiham edib. Mortazavi Kazeminin iflic səbəbi ilə dünyasını dəyişdiyinə dair saxta məlumat yaymaqda günahlandırılır. Daha sonra jurnalistin başından aldığı zərbələr və beyin qanaxmasından öldüyü müəyyən edilib.

Sabiq prokuror 120 qəzetin bağlanması, jurnalistlərin qətli və həbsində ittiham edilir.



Xəbərin oxunma sayı : 259




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap