Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Təhsil nazirliyindən nəsə gözləməməliyik…” – Səməd Seyidov

Tarix 22.04.19, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


“Kağız parçasının deyil, biliyin arxasınca getməliyik”

Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək lazımdır. Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidov deyib.

O qeyd edib ki, təhsilə diqqət artırılmalıdır: “Təhsil sahəsində müasir standartlara cavab verən islahatlar həyata keçirməliyik. Bu istiqamətdə yalnız hansısa bir qurumdan, Təhsil Nazirliyindən, yaxud məmurlardan nəsə gözləməməliyik. Hər bir vətəndaş özü başa düşməlidir ki, bu cür məsuliyyətli bir iş onun da payına, öhdəsinə düşür.

Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək, meyilləndirmək gərəkdir.

Həmin universitetlərdə də hansısa gözəçarpan nəticələrlə kifayətlənmək lazım deyil, onlarda güclü, əsaslı dəyişikliklərin həyata keçirilməsi və ən əsası yüksək səviyyəli mütəxəssislərin formalaşması, formalaşdırılması vacibdir.

O günədək ki, bizdə bilik və biliyi əks etdirən kağız – diplom eyni cür qiymətləndiriləcək və bəzi hallarda hətta diplom – kağız daha yüksək, daha üstün səviyyəni təşkil edəcək, o zamanadək hansısa bir yüksək səviyyədən, əsl elm, bilik və savaddan danışmaq çox çətin olacaq.

Ona görə çalışmalıyıq ki, kağız parçasının – diplomun, şəhadətnamənin, sertifikatın dalınca yox, biliyin, bacarığın və konkret iş qabiliyyətlərinin arxasınca növbələr düzülsün.

İnsanlarımız özləri könüllü, şüurlu şəkildə bunu arzulasın və bu istiqamətdə real mübarizə aparılsın”, – deyə S.Seyidov əlavə edib.




Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap