Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram” – 700 bal toplayan abituriyent

Tarix 25.07.17, 2:14

Font ölçüsü : - / +
bitmap-img6


“İlk imtahanda iştirak edəndə yalnız bir suala cavab verə bilmədiyim üçün 695 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, ikinci imtahanda mütləq şəkildə 700 bal yığacam və istəyimə də nail oldum”.

AzFakt.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin iyulun 22-də keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək 700 balı toplayan Bakı şəhəri, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova deyib.

O bildirib ki, iki il hazırlığa gedib: “Məktəbdə oxuyarkən kimya olimpiadasında final mərhələsinə çıxmışdım. Bilik yarışlarında da iştirak etmişəm. Məktəbi fərqlənmə attestatı ilə bitirmişəm”.

J.Məmmədova iki ixtisas arasında seçim edəcəyini deyib: “Ya proseslərin avtomatlaşdırılması, yaxud da kimya mühəndisliyi ixtisasını seçmək istəyirəm. Hansı ali təhsil müəssisəsini seçəcəyim barədə dəqiq qərarım yoxdur. Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”.
O, həmçinin nəticələri elə indi öyrəndiyini qeyd edib: “Cavabı elə indi öyrənmişəm. Təbii ki, ilk sevincimi də ailəmlə bölüşdüm”.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap