Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ötən il Braziliya Azərbaycana 172 milyon dollarlıq əmtəə ixrac edib

Tarix 27.05.18, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun Braziliya dövlətinə məxsus mətbuat holdinqi olan, “Agenciabrasil EBC” informasiya portalında “Azerbaijan bolsters economic cooperation with Brazil” adlı müsahibəsi dərc edilib.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən “Report”a verilən məlumata görə, müsahibədə Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə və Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə geniş yer ayrılaraq, ölkəmiz haqqında, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrə dair ətraflı məlumat verilib.

Qeyd edilib ki, iki ölkə arasında geniş ticarət imkanları mövcuddur. Ötən il Braziliya Azərbaycana 172 milyon ABŞ dolları məbləğində əmtəə ixrac edib. Azərbaycan isə öz növbəsində 112 min dollar məbləğində əmtəə ixrac edib.

Müsahibənin sonunda, agentlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında qısa məlumat verilib və Azərbaycan ərazisinin iyirmi faizinin – Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb.



Xəbərin oxunma sayı : 532




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap