“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ötən il Qarabağda bərpa işlərinə 4,3 milyard manat xərclənib - Hansı xərclərə qənaət edilib?

Tarix 01.02.23, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


“Maliyyə naziri dünən açıqladı ki, Qarabağda aparılan bərpa işləri üçün proqnozda nəzərdə tutulan 2.670 mlrd. manata qarşı faktiki olaraq 61% çox - 4.315 mlrd. manat xərclənib. Bu, büdcənin təxminən 14%-nə bərabərdir”.

Bunu iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, büdcənin faktiki cəmi xərcləri 32.3 mlrd. manat - proqnozdan cəmi 240 mln. manat çox olub: “Bu halda sual yaranır ki, əgər ümümi faktiki xərcləmələr proqnozdan 240 mln. manat çox olduğu halda ərazilərin bərpası üçün əlavə 1.4 mlrd. manatın mənbəyi nədir?

Təbii ki, qənaət. İl ərzində funksional bölmələr üzrə 1.4 mlrd. manatdan artıq vəsaitə qənaət olunub və "Büdcə sistemi haqqında" Qanunun 19.6-cı maddəsinə əsasən dövlət büdcəsinin ehtiyat fondu vasitəsilə Qarabağda bərpa layihələrinə yönəldilib. Nəticədə ehtiyat fondları üçün təsdiqlənən məbləğ faktiki icra mərhələsində 3 dəfədən çox artıb və 1.975 mlrd. manata çatıb”.

Ekspert daha sonra qənaətin ayrı-ayrı funksional bölmələr üzrə məbləğini açıqlayıb: “Səhiyyə xərcləri üzrə - 291 mln. manat, sosial müdafiə xərcləri üzrə 265 mln. manat, ümumdövlət xidməti xərcləri üzrə 256 mln. manat, təhsil üzrə 190 mln. manat, müdafiə üzrə 189 mln. manat, məhkəmə və hüquq-mühafizə üzrə 115 mln. manat”.




Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap