Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ötən il xaricdən Azərbaycana 934 milyon dollar göndərilib – Gürcüstandan iki dəfə az...

Tarix 21.02.20, 20:33

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bank 2019-cu il üzrə açıqladığı pul siyasəti icmalına görə, ötən il ölkəyə 934 mln. dollar pul baratları daxil olub.2018-lə müqayisədə 14 faiz - 144 mln. dollar azalma var.

Xatırladaq ki, pul baratları üzrə əməliyyatlar xaricdən poçtla, teleqrafla, elektron poçt vasitəsilə ya bankın tədiyə tapşırığı, ya da nağd qaydada pul göndərilən ölkədə müvafiq poçta təqdim etməklə hayata keçirlir.

İqtisadçı ekspert Rövşən Ağayev məlumatları təhlil edərək bildirib ki, azalmanın səbələri barədə dəqiq fikir bildirmək bir qədər çətindir: “Bəlkə, nağd kanallarla gələn artıb, bunu da bilmirik. Nəzərə alanda ki, bizdə kifayət qədər böyük sayda insan xaricdən, ələlxüsus Rusiyadan göndərilən pullar hesabına yaşayır, narahatlıq üçün səbəb var”.


Ekspert qeyd edib ki, bu mövzuda diqqətçəkən başqa bir məqam var: “Təxminən 2 gün əvvəl Gürcüstan rəsmilərinin oxşar statistikasını görmüşdüm. Əvvəla, ora xaricdən pul köçürmələrinin həcmi bizdən təxminən iki dəfə böyükdür, 1.7 mlrd. dollara çatır.
Amma buna da bəhanə tapmaq olar ki, bizdən fərqli olaraq ölkələrindən iş tapmırlar, gedib xaricdə qazanırlar və ailələrini saxlayırlar. Mənə ən maraqlı olan gürcü Mərkəzi Bankının adi bir informasiyada şəffaflığıdır. Pul köçürmələrinin həcmini ölkələr üzrə açıqlayıblar. Məlum olur ki, gürcülər cəmi 25%-i pulu Rusiyada qazanıb ailələrinə göndərirlər. Yerdə qalan 75% Avropa, ABŞ, Türkiyə və Ukraynanın hesabınadır.
Bizim antişəffaflıq üzrə çempionumuz Mərkəzi Bank isə nə ilkin və təkrar gəlirilər üzrə daxilolmaların coğrafiyasını, tədiyə növləri üzrə detallı həcmini, nə də xidmət idxal-ixracının ölkələr üzrə strukturunu açıqlayırlar”.

R. Ağayevin sözlərinə görə, ölkədə hakimiyyətin həddən artıq mərkəzləşməsinin ən böyük fəsadlarından biri də budur:“Dövlət qurumları informasiya üzərində inhisar quraraq düşünür ki, bütün məlumatlar yalnız onlara lazmdır.Vətəndaş cəmiyyəti, alternativ siyasi qüvvələr mətbəx və məişət işlərilə məşğul olsunlar».

AzPolitika.info






Xəbərin oxunma sayı : 676




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap