Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ötən ildən 51 milyon manat daha çox cərimə ödəyəcəyik –Ekspert kiçik və orta sahibkarlığın hədəfdə olacağını deyir

Tarix 04.12.18, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 1-dən Azərbaycanda bir sıra sahələrdə cərimələr artırılır. Məsələn, gələn ildən müqaviləsiz işə götürmənin cəriməsi hətta 6 min manat da ola bilər.

Beləki, yeni dəyişikliyə görə, işəgötürən belə hala ilk dəfə yol verərsə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox halda bu əmələ yol verdikdə 6000 manat maliyyə sanksiyası ilə üzləşə bilər. İndiki qanunla bunun cəriməsi bütün hallarda 1000 manatdır.

İşadamı, iqtisadçı ekspert Nazim Bəydəmirli düşünür ki, hökumətin məqsədi bu sahənin leqallaşdırılmasıdırsa, o zaman təkcə cərimələri artırmaqla buna nail olmaq mümkün deyil:

“Bu cür qanun pozuntularını şərtləndirən əsas amillər aradan qaldırılmalıdır. Əslində böyük şirkətlərin vergidən yayınması onlar üçün problem deyil. Bu cərimələr özəlliklə, kiçik və orta sahibkarlıq üçün hədəflənib. Mən isə bunu olduqca böyük cərimə hesab edirəm”.

Nazim Bəydəmirli hesab edir ki, cərimələr daha çox oliqarxların sahibi olduğu bizneslərə deyil, orta sahibkarlığa təsir edə bilər.

Yeri gəlmişkən, yada salaq ki, noyabrın 30-da Vergilər Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilib. Dünən – dekabrın 3-də Vergilər Nazirliyi sözügedən dəyişikliklərlə bağlı brifinq keçirib. Nazirliyin vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib ki, dəyişikliklərin əsas məqsədi bu sahədə islahatlara nail olmaqdır:

“İslahatların böyük bir hissəsi də vergi güzəşt və azad olunmalarının təhlili ilə bağlıdır. Vergi güzəştlərinin iqtisadi səmərəsinin həm ölçülməsi, həm də qarşıya qoyulmuş məqsədə nail olunması üçün məcəlləyə bir sıra dəyişikliklər gətirilib. Sahibkarlara edilən güzəştlər üzrə gəlirlərin dəqiq uçotu aparılmırsa həmin sahibkara güzəşt edilən məğləğin 6 faizi qədər cərimə oluna bilər. Burada da əsas məqsəd güzəşt çətiri altında sui-istifadə hallarının aradan qaldırılmasıdır”.

Samirə Musayeva deyir ki, əsas məqsəd şəffaflığın təmin olunması üçün bütün sahələrin leqallaşdırılmasıdır. Cərimələr də məhz sahibkarların, bir sözlə bütün vətəndaşların qanuna əməl etməsi üçün edilir.

Məsələn, gələn ildən icazəsiz yerdə maşınını park edənlər 10 manat cərimələnəcək. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnəcəklər.




















İqtisadçı Nazim Bəydəmirli cərimələrlə bağlı durumu təhlil edərkən, iki məqamı fərqləndirməyə çalışır. O deyir ki, birbaşa dövlət büdcəsinə daxil olan cərimələrin artırılmasının bu sahədə problemlərin həlli ilə izah edilməsini hardasa anlamaq olar. Amma ekspert əlavə edir ki, cərimələrin həmin orqanın əməkdaşlarının əməkhaqqına yönləndirilməsi heç bir halda qəbul olunan deyil:

“Hər hansı pozuntuya görə, qanunla nəzərdə tutulsa ki, vətəndaşlar hər-hansı bir inzibati xətaya görə inzibati tənbeh edilə və ya başqa formada cəzalandırıla bilər. Əməkdaşların maaşı bir başa cərimələrdən asılı olduğuna görə onlar çox vaxt cərimə tətbiq edirlər”.

Nazim Bəydəmirli ilk olaraq, vətəndaşları hüquqlarını bilməyə, qanunlara əməl etməyə və haqsız yerə cərimələndikləri zaman haqlarını tələb etməyə çağırır. Amma ekspert əlavə edir ki, bəzən bütün bu sadalananlar da haqsız yerə cərimələnmənin qarşısını ala bilməz.

2019-cu ilin dövlət büdcəsində vergilər xətti ilə cərimə və sanksiyalardan daxil olmalar 377 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 51 milyon manat daha çoxdur. Cərimələri artırmaqla hökumət bu sahədəki problemləri, qanundanyayınma hallarının qarşısını almağa çalışdığını bəyan edir. Bəs, buna nail olmaq mümkün olacaqmı?

(Azadlıq radiosu)





Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap