Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Tənha canavar”ın son döyüşü... - 20-dən çox düşmən əsgərini öldürüb geri dönəndə...

Tarix 06.01.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


44 gün davam edən Vətən Müharibəsi həm də neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yadda qaldı. Azərbaycan Ordusunun mayoru, “Tənha canavar” ləqəbli, 36 yaşlı şəhid kəşfiyyatçı Elçin Elşən oğlu Mansurovun həyat hekayəsi də bir örnək, qəhrəmanlıq dastanıdır. Müharibənin ilk günü şəhadətə qovuşan Elçin göstərdiyi sücaətə görə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı və “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olan Elçin Mansurov Bakının Binə qəsəbəsində doğulub. 2003-cü ildə yüksək balla Heydər Əliyev adına Azərbaycan Hərbi Akademiyasına qəbul olub. Hərbi xidmətinin 13 ili Tovuz, Göygöl, Murov, Füzuli istiqamətində keçib.

Şəhid Elçin Mansurovla bağlı virtualaz.org-a yaxın qohumu Şəbnəm Əlizadə danışıb.

O bildirib ki, 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olan Fərid Əhmədovla Elçin kursant yoldaşı və yaxın dost olublar. Fərid və Mübariz İbrahimovun şəhid olması Elçini dərin sarsıdıb. Amma nə vaxtsa müharibə olacağına, Fəridin, Mübarizin qisasının alınacağına inamını itirməyib. Elçin son 3 ildə qaynar bölgədə-Füzulidə xidmət göstərib. Müharibənin başlaması ilə arzuladığı qisas planını həyata keçirə bilib, igidliyi ilə Mübariz, Fərid kimi adını tarixə yazdıra bilib.

Elçin Mansurovun rəhbərlik etdiyi qrup Füzuli istiqamətində döyüşüb. Onlar iki erməni tağımını darmadağın ediblər, daha sonra təxminən 45 dəqiqə ərzində strateji əhəmiyyətli daha bir neçə postu alıblar. Elçin yaralıları döyüş meydanından çıxarıb, nisbətən təhlükəsiz əraziyə göndərib. Sonra təkbaşına düşmən postunu yarıb.

“Elçin 25 nəfərdən ibarət qrupla Füzuli istiqamətində döyüşə qatılıb. Bizə verilən məlumata görə, təmas xəttini yaran ilk qrup Elçinin rəhbərlik etdiyi qrup olub. İlk postları da onlar azad ediblər. Həmin qrupun üzvləri arasında şəhid, qazi olanlar da var”,- Əlizadə deyib.

Elçin daha sonra təkbaşına erməni postuna girib, postda olan təxminən 20-dən çox düşmən əsgərini öldürüb. Geri qayıdarkən Buğra dərəsi adlı yerdə arxadan snayper gülləsi ilə vurulub.

Döyüşçü yoldaşları isə danışırlar ki, Elçin tez-tez kəşfiyyata gedib, əsir götürdüyü düşmən əsgərindən mühüm məlumatlar öyrənib. Buna görə də dostları arasında “Tənha canavar” ləqəbi ilə çağırılıb. Düşmən onun sağ ələ keçirilməsi üçün külli miqdarda mükafat təyin edib.

Müharibənin ilk günü də döyüşə başlamazdan əvvəl hamı ilə söhbətləşib, əsgərlərinə qələbə arzulayıb. Daha sonra ilk özü irəli atılıb. Azad edilən ərazilərə də ilk bayrağı məhz Elçinin qrupu sancıb.

“Xidmət illəri ərzində 6 medalla təltif edilib. Onu sağ ələ keçirmək mümkün deyildi. Yəni sözün əsil mənasında canavar kimi oğul idi”,- dostlarından biri yazıb.

Qohumu isə deyir ki, Elçin sentyabrın 26-da axşam saatlarında bacısı ilə danışıb, ona narahat olmamasını, hər şeyin yaxşı olacağını söyləyib.

“Sentyabrın 29-da eşitdik ki, yaralanıb. Ancaq əlavə məlumat öyrənə bilmədik. Sentyabrın 31-də şəhid olduğu deyildi, amma sonra bu xəbəri də təkzib elədilər. Oktyabrın 10-da şəhid olması təsdiqləndi”, - qohumu əlavə edib.

Elçin Mansurov oktyabrın 11-də II Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yaxınlığında dəfn olunub. Mayor Elçin Mansurov Vətən Müharibəsi Qəhrəmanı adı, "Vətən uğrunda" medalı ilə yanaşı, "Füzulinin azad olunmasına görə medalı" və "Xocavəndin azad olunmasına görə medalı" ilə də təltif edilib.





Xəbərin oxunma sayı : 676




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap