42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar Afaq bu alt paltarında POZA verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

  • / Maqazin / — 28 İyul 2019

    Hadisə erotik paylaşımı ilə gündəm oldu - Video

“Texniki səbəb bəhanədir“ - Soçi görüşü niyə təxirə salınıb?

Tarix 14.08.19, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya, Azərbaycan və İran prezidentləri - Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşünün təxirə salınması bəzi mülahizələrə səbəb olub.

AzFakt.com xatırladır ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təxirə salınmasını texniki səbəblərlə izah edib. “Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə o bildirib.

Lakin bəzi ehtimallara görə görüşün təxirə salınması ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla bağlı ola bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni Yenisabah.az-a şərh edərkən bildirib ki, Kremlin sansksiya məsələsində Tehrana dəstək verdiyi açıq-aydın sezilir. Lakin Rusiya bu məsələdə İrana ciddi şəkildə kömək etməyi düşünmür. Politoloq ABŞ-ın İrana sanksiyalar tətbiq etməsindən sonra bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiyaya səfəri və Putinlə görüşünə diqqət çəkərək bildirib:

“Həmin görüşdə Putin İrana mesaj göndərdi ki, bütün problemlərin həllini məndən gözləməyin. Dolayı yolla izah etdi ki, “yanğınsöndürən maşın deyilik ki, hər yerə qaçaq”. Bu, İranın rəsmilərinə də bəllidir. Azərbaycanla  Rusiyanın münasibətləri normaldır”. 

Elxan Şahinoğlu Soçi görüşünün texniki səbəblərdən təxirə salındığı iddiasını da bölüşmür. Onun fikrincə, bu sadəcə bəhanədir:

“Soçi görüşünün təxirə salınması sırf texniki məsələlərlə bağlı deyil. Bir neçə gün sonra Putin Fransaya səfər edəcək və prezident Makronla görüşəcək. O zaman sual olunur: Əgər Putin çox yorğundursa, o  zaman Fransaya niyə gedir?! Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi odur ki, prezidentlərin Soçi görüşü Putinin çox da vaxtını almayacaqdı. Bir neçə saatlıq diskussiya və heç bir çağırış da olmayacaqdı. Bu görüş İranın özü üçün də lazımdır. Çünki İran sanksiyalar əhatəsindədir. Sanksiyalardan qurtulmaq üçün qonşu dövlətlərlə, o cümlədən Rusiya və Azərbaycanla əməkdaşlığın inkişafına can atır. Azərbaycan üçün də ona görə vacibdir ki, Şimal-cənub qaz dəhlizi işə düşməlidir. Soçi görüşündə Qarabağ məsələsi müzakirə olunmayacaq. Çünki Rusiya və İranın bu məsələyə maraq göstərəcəklərinə inanmıram. Görünür, bu görüş Rusiya prezidentinin o qədər də marağında olmayıb. Hazırda Rusiyanın problemləri başından aşır. Düşünürəm ki, ya ilin sonuna qədər, yaxud da yaxın aylarda Soçi görüşü baş tutsun”.



Xəbərin oxunma sayı : 589

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda