Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir

Tarix 18.10.18, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın populyar “The New York Times” (NYT) qəzeti Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının İstanbulda vəhşicəsinə qətl edilməsində şahzadə Salmanın əli olduğu barədə dəlillər əldə etdyini yazıb.

Musavat.com-un xarici agentliklərə istinadən verdiyi xəbərə görə, “The New York Times” bununla bağlı həm ABŞ, həm də Avropanın xüsusi xidmət orqanlarının çalışdığını qeyd edib.

Xəbərdə amerikalı kəşfiyyat analitiklərinin hələ ki şahzadə Məhəmməd bin Salmanı ittiham etməyə tələsmədikləri, lakin bunun üçün ikinci dərəcəli sübutların artıq mövcud olduğu göstərilib.

“NYT” yazısında şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanının kəşfiyyat strukturları üzərində tam hakim olduğunu, bu səbəbdən belə bir cinayətin ondan xəbərsiz törədilə bilməyəcəyi qənaətinin ABŞ rəsmilərində formalaşdığı qeyd olunub.

Kəşfiyyat strukturlarındakı qaynaqların sızdırdığı məlumata görə, bununla bağlı Donald Trampa xüsusi məruzə hazırlanıb təqdim olunacaq.

Bundan başqa, qəzet Maykl Pompeonun Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanına etdiyi səfərin Dövlət Departamentində xoş qarşılanmadığı, bəzi rəsmilərin isə bunu “fəlakət “olaraq dəyərləndiriyini yazıb.

Qəzetə verilən informasiyaya görə, Maykl Pompeo birbaşa şahzadə Məhəmməddən bu cinayətdə əli olub-olmadığı barədə izahat istəyib, vəliəhd isə öz növbəsinə bütün iddiaları rədd edib.

Başqa bir qaynaqdan verilən xəbərə görə, Pompeo şahzadə Məhəmməddən Camal Qaşıqçının aqibətindən xəbəri olmasa da, heç olmasa Səudiyyə Ərəbistanının beynəlxalq təpkilərlə qarşılaşmaması naminə kömək üçün üzərinə məsuliyyət götürməsini istəyib.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap