Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“ Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ
Axtar
 
  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

  • / Maqazin / — 22 May 2019

    Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“

  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

“Ticarət müharibələrinin qalibi olmur” – BMT-nin baş katibi

Tarix 11.05.19, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün ticarət sahəsində ədalətli beynəlxalq əməkdaşlığın canlanmasına nail olmaq, qloballaşmanın mənfi təzahürlərini aradan qaldırmaq və qalibi olmayan ticarət müharibələrinin qarşısını almaq hər zaman olduğundan daha vacibdir”.

Bu sözləri Dünya Ticarət Təşkilatının tribunasından BMT-nin baş katibi Antonio Quterreş söyləyib.

A.Quterreş vurğulayıb ki, qloballaşma və texnoloji tərəqqi bəşəriyyətə böyük fayda gətirib, iqtisadiyyatın, ticarətin inkişafına, həyat şəraitinin yaxşılaşmasına və yoxsulluğun azaldılmasına kömək edib. O, əlavə edib: “Qloballaşma sayəsində ölkələr, biznes və insanlar daha çox qarşılıqlı asılı vəziyyətə düşüblər. Bir çox inkişaf etməkdə olan ölkələr dünya iqtisadiyyatına inteqrasiya ediblər. 1995—2017-ci illərdə onların dünya ticarətindəki payı 30 faizdən 45 faizə yüksəlib. Lakin bütün ölkələr bu şəraitdən faydalana, eyni zamanda, inkişaf etmiş ölkələr də 2020-ci ilədək dünya ticarətindəki payını ikiqat artırmaq hədəfinə nail ola bilməyiblər. Bir çox dövlətlərdə isə qeyri-bərabərliyin səviyyəsi yüksəlir. Hazırda 700 milyondan çox insan, yaxud dünya əhalisinin 10 faizi yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayır. Bu göstərici qloballaşma prosesində kimin qazandığını və kimin itirdiyini açıq şəkildə sübut edir. Məhrumiyyətlərlə üzləşmiş insanlarda hakimiyyətlərə və siyasi strukturlara inam sarsılıb, eyni zamanda, bu prosesdə buraxılan səhvlər beynəlxalq ticarət əməkdaşlığında problemlərə səbəb olub”.

BMT baş katibinin sözlərinə görə, hazırda çoxtərəfli ticarət sisteminin təməlləri çökmək üzrədir. “Daha çox kiçik və az inkişaf etmiş dövlətlər üçün sərfəli olan çoxtərəfli sazişlərdən çəkilmə zərərli tendensiyadır və biz beynəlxalq əməkdaşlığın bərpası üzrə Dünya Ticarət Təşkilatını dəstəkləməliyik. Biz bu təşkilatın 2020-ci ildə balıq məhsullarına subsidiyaların ləğvi və patenti olmayan dərmanların əlçatan olması təşəbbüslərini dəstəkləyirik. Beynəlxalq ticarətin dayanıqlı inkişafa verdiyi töhfə danılmazdır. Lakin bütün üstünlüklərinə baxmayaraq, qloballaşma cəmiyyətdə qorxu yaradıb və çoxtərəfli ticarəti təhlükə altına qoyub”, -deyə A.Quterreş vurğulayıb.(AzərTAc)






Xəbərin oxunma sayı : 103

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda