Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tiflisdə “Qazprom”a yox” adlı aksiya keçirilib

Tarix 19.01.17, 5:18

Font ölçüsü : - / +
bitmap-img6


APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Azadlığı müdafiə” platformasının təşkilatçılığı ilə keçirilən aksiyada Tiflis sakinləri, 18 QHT və müxalifət nümayəndələri iştirak edib. Aksiya iştirakçıları Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə bağladığı müqaviləyə qarşı etirazlarını bildiriblər.
 
Tədbirdə iştirak edən “Avropalı Gürcüstan” fraksiyasının üzvü, deputat Qiqi Bokeriya bildirib ki, imzalanan müqavilə Gürcüstan iqtisadiyyatına zərbə vurur və Rusiya ilə razılaşma gələcəkdə ölkə üçün təhlükə yarada bilər. Q. Bokeriya yeni müqavilə əsasında Rusiyanın başqa tələblər də irəli sürəcəyini istisna etməyib..
 
Etiraz aksiyasının təşkilatçılarından biri, “Azadlığı müdafiə” platformasının üzvü Tamara Çerqoleşvili APA-ya açıqlamasında etiraz aksiyasını keçirməkdə məqsədlərini bildirib: “Hökumət Rusiyanın “Qazprom” şirkəti ilə imzaladığı razılaşmanın bütün maddələrini mətbuatda dərc etməlidir. Biz müqavilənin bütünlüklə ləğv olunmasını tələb edirik”.
 
Bu gün “Qazprom”la bağlanan müqaviləyə qarşı 80 QHT təşkilatı Gürcüstan hökumətinə müraciət ünvanlayaraq müqavilədə göstərilən şərtləri açıqlamağı tələb ediblər. Hökumət isə bu müqavilənin şərtlərinin kommersiya sirri olduğunu qeyd edib.  Aksiya təşkilatçıları bildiriblər ki, ”Qazprom”la imzalanan müqavilənin şərtləri dəyişdiriməyənədək etiraz aksiyaları davam edəcək.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap