Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Tiktok”da tanış oldu, xalası oğlu kimi evə gətirdi - Tərtərdəki qətlin TƏFƏRRÜATI

Tarix 04.11.21, 0:46

Font ölçüsü : - / +
bitmap-img6


Tərtərdə arvadını məhkəmə binasında öldürən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qətli törədən şəxs əməlindən peşman olmadığını deyib.

AzFakt.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Arzu Abbasovanı qətlə yetirən Anar Əliyev qətli xəyanətə görə törətdiyini söyləyib.

Məlum olub ki, cütlüyün 3 azyaşlı övladı olub. Arzu kimsəsiz olub və Anarın dayısı tərəfindən himayəyə götürülüb.

Arzunun Könül adlı bacısı sonradan televiziya proqramlarının birində yayımlanan verilişə çıxaraq onu axtarıb. Bundan sonra Arzu və Könül mütəmadi olaraq görüşməyə başlayıblar.

Anarın və məhəkəmədə dindirilən digər şahidlərin ifadələrindən məlum olub ki, ailə arasında hadisə baş verən günə qədər problemlər yaşanmayıb. Hadisədən 2 ay əvvəl Arzu evlərinə İsrafil adlı şəxsi dəvət edib. O, qohumlarına və həyat yoldaşı Anara həmin şəxsi xalası oğlu kimi təqdim edib. Ailədən heç kim kimsəsiz böyüyən Arzunun yaxınlarını tanımadığı üçün İsrafilin həqiqətən də onun xalası olduğuna inanıblar.

Sonradan İsrafilin Arzunun xalası oğlu yox, “TikTok” sosial şəbəkəsindən tanış olduğu şəxs olduğu məlum olub. Arzunun bu yalanında bacısı Könülün də payı olub. Belə ki, İsrafil Bakıdan Samuxa gələn zaman Könüllə birgə olub. İsrafil yolda danışanda özünü başqa şəxs kimi təqdim edib. Könül də Samuxa çatanda bacısı Arzudan öyrənib ki, İsrafil onun xalası oğlu deyil.

Könül ifadəsində deyib ki, bacısına bunun doğru olmadığını deyib, amma başqa çıxış yolu olmadığı üçün onunla razılaşıb: “Mənə dedi ki, İsrafillə uzun müddətdir danışır, əlaqələri var. Məndən xahiş etdi ki, onu xaloğlu kimi təqdim edim. Mən də məcbur belə dedim. Gecə biz onlarda qaldıq. Səhər də geri qayıtdıq. Yolda İsrafilə səhv hərəkət etdiyini, üstü açıldıqda hər kəs üçün problem yaranacağını söylədim. Bir neçə gün sonra bu hadisə baş verdi.

Ondan əvvəl Anar mənə zəng edib İsrafilin kim olduğunu soruşdu. Mən də xala oğlu olduğunu dedim. Anar söylədi ki, artıq hər şeyi bilir. Arzu İsrafilin nömrəsinə mənim adımı yazıb. İsrafillə danışanda Anar bundan xəbər tutub. Anarın hər şeyi bildiyini başa düşdüm və olanları danışdım”.

Anar ifadə verən zaman bildirib ki, həmin gecə Arzunu evdən qovub və boşanmaq üçün məhkəməyə müraciət edib. Onun məqsədi Arzunu öldürmək olsa da, bir müddət gözləyib: “Gözlədim ki, mənə xəyanət etdiyini məhkəmədə etiraf etsin”.

Birinci məhkəmə prosesindən sonra Anar Arzunu öldürməyi qərarlaşdırıb. Bıçaq götürərək məhkəmə önünə gəlib. Anar məhkəmə binasına girmək istəyən Arzuya bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə məhkəmənin nəzarət kameralarına düşüb. Anar elə ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb. Anar ifadəsində deyib ki, məqsədi Arzunu öldürmək olduğu üçün bıçaqladıqdan sorna onun boğazını da kəsib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi materiallarından məlum olur ki, Arzu evdən ayrıldıqdan sonra bir neçə dəfə İsrafilə mesaj yazıb. Ancaq İsrafil onun mesajlarına cavab verməyib. İsrafil daha əvvəl Anarın ona zəng etdiyini bildiyi üçün bu dəfə də zənglərə cavab verməyib. Arzu İsrfailə son mesajında telefonun özündə olduğunu desə də İsrafil yenə də onunla danışmayıb.

Məhkəmədə mərhumun hüquqi varisi, Arzunu himayəyə götürərək ona atalıq edən şəxs də ifadə verib. O deyib ki, qətli törədən Anar həm də onun bacısının oğludur. Hadisə barədə ittihamda yazılanlar kimi danışan hüquqi varis Anardan şikayətinin olmadığını deyib.(musavat.com)

Anar elan edilmiş ittihamla təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1015




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap