Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ətin qiyməti niyə kəllə-çarxa çıxıb? - “Cəmi bir milyard manat kifayət etmir” + FOTO

Tarix 29.11.22, 21:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xaricdən ət idxalında artım müşahidə edilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində 62,6 milyon dollar dəyərində 33,806 min ton ət alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,8 milyon dollar və ya 1,342 min ton çoxdur. Belə ki, 2021-ci ilin 10 ayında ölkəyə dəyəri 54,8 milyon dollar olmaqla 32,464 min ton ət idxal edilib.

Məsələni oxu.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı durum təxminən 2015-ci ildən başlayan prosesin nəticəsidir: “Çünki 2015-ci ildən Azərbaycanda heyvandarlıq sahələri alınaraq pambıq sahələrinə çevrildi. Pambıq strateji məhsul kimi dəyərləndirildi və onun əkin sahələrinin genişləndirilməsinə diqqət yetirildi. Bütün otlaq sahələri, hətta bəzən taxıl sahələri belə, aradan qaldırıldı və yerində pambıq əkildi. Ona görə də yeddi il ərzində ölkədə ət istehsalı getdikcə zəiflədi”.

Ekspert ötən dövr ərzində hökumətin heyvandarlığın inkişafına dəstəyinin olmadığını da vurğulayıb: “Məsələn, bitkiçilik - taxıl əkmək, digər məhsulları becərmək üçün fermerlərə az-çox dotasiya verilir. Hələ həmin dotasiyanın azlığından, hesabatlılığın olmamasından söz açmıram. Hər halda müəyyən qədər bu sahəyə dotasiyanın verilməsini əsas götürürəm. Çünki heyvandarlıq sahəsində heç o da yoxdur. Yalnız özünüməşğulluq proqramı çərçivəsində müəyyən rayonlarda heyvandarlıq fermerlərinin sayı bir qədər artırılıb. Amma orada da korrupsiya məsələnin səmərəliliyini sıfıra endirir. Yəni ət idxalının son illər artması ölkə daxilində heyvandarlığın zəifləməsiylə bağlıdır.

Doğrudur, ölkə mətbuatında, televiziyalarda qeyri-neft sektorunun inkişafından kifayət qədər danışılır. Amma bu danışığın arxasında əməli iş yoxdur. Təkcə bir məsələni qeyd edim ki, 10 milyon əhalini ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin etməli olan kənd təsərrüfatına bu il büdcədən 997 milyon manat vəsait ayrılıb, gələn il isə bu məbləğ 1,2 milyard manat olacaq. Bu rəqəm kifayət deyil”.

İqtisadçı kənd təsərrüfatını ayağa qaldırmaq üçün bu sahəyə ciddi investisiyanın qoyulmalı olduğunu deyib: “Kənd təsərrüfatı ölkə daxilində əhalini ərzaq məhsulları ilə təmin etməlidir. Bunun müqabilində isə biz kənd təsərrüfatına investisiya qoymalıyıq, o cümlədən də heyvandarlıq məhsullarına. Bu gün təkcə ətdə deyil, ağartı məhsulları, eləcə də digər heyvandarlıq məhsullarında da qiymət və idxal artımı müşahidə edilir. Qeyri-neft sektorunun inkişaf istiqamətində ən böyük potensiala malik olan sahə kənd təsərrüfatıdır. Oraya cəmi bir milyard civarında vəsaitin ayrılması düzgün deyil, bu vəsait azı beş-altı dəfə çox olmalıdır, hər il büdcədən beş-altı milyard manat xərclənməlidir. Xərclənmə sahələrində isə şəffaflıq, hesabatlılıq təmin edilməlidir. Elə mexanizm tətbiq edilməlidir ki, həmin vəsait fermerə çatsın. Bunun üçün də makroiqtisadi göstəricilərə nail olmaq gərəkdir”.

“Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, heyvandarlığın inkişafı dövlət tərəfindən subsidiya mexanizmi vasitəsilə dəstəklənir: Bir neçə mexanizmi qeyd etmək olar. Məsələn, süni mayalanma yolu ilə alınan buzovlara görə təsərrüfat sahibinə 100 manat subsidiya verilir ki, bu da süni mayalanma prosesinin xərclərinin dövlət tərəfindən tam qarşılanması deməkdir. Ətlik və südlük istiqamətli damazlıq heyvanların alışı zamanı ümumi dəyərin 60 faizi dövlət tərəfindən ödənilir. Bu mexanizm ölkədə xaricdən gətirilmiş südlük və ətlik istiqamətli damazlıq heyvanlardan ibarət təsərrüfatların sayının artmasına ciddi təsir göstərib, o cümlədən hər il diri çəkidə ət istehsalı və süd istehsalının artmasına səbəb olur. Dövlət dəstəyi mexanizmlərinin təsiri sayəsində bu ilin yanvar-oktyabr aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,9 faiz, süd istehsalı 1,6 faiz artıb”.



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap