Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Tramp sanksiyalardan sadəcə sui-istifadə edir“- “Financial Times”

Tarix 17.08.18, 19:32

Font ölçüsü : - / +
bitmap-img6


Vaşinqtonun Türkiyəyə qarşı sanksiyaları son illərdə iki NATO dövləti arasında yaranan ən böyük parçalanmadır.

“Bütün bunlar bu cür tədbirlərdən istifadənin, daha doğrusu, sui-istifadənin ABŞ-ın və onun əsas müttəfiqlərinin maraqlarına nə dərəcədə böyük zərbə vurduğunu göstərir”.

Musavat.com xəbər verir ki, bu cümlə “Financial Times” (FT) qəzetinin redaksiya yazısında yer alıb.

“Sanksiyalar müasir diplomatiyada önəmli rol oynayır. Onlar silahlı müdaxiləyə ehtiyac olmadan təzyiq göstərməyə imkan verir. Lakin sanksiyalardan maksimal effekt alınmaq istənilirsə, onlardan düşünlümş şəkildə, aydın məqsədlə və müttəfiqlərlə sıx koordinasiya halında istifadə etmək lazımdır”, - məqalədə qeyd olunur.

Yazı müəlliflərinin vurğuladığı kimi, “Ağ Ev sanksiyalardan gen-bol istifadə etməklə qalmayıb, həm də onu təkbaşına yürütmək həvəsinə düşüb. Bunu İranla bağlı həyata keçirilən siyasətdən aydın görmək olur”.



“Bundan başqa, Tramp çox güman ki, daha mürəkkəb və qəliz diplomatik startegiyadan yan keçmək və tez bir zamanda nəticə əldə etmək məqsədilə sanksiyalara üstünlük verir. “FT” əslində bu tip siyasətin son hədəfinin bəzi zamanlarda nə olduğunun bilinmədiyini bildirir. “Prezident sadəcə onlardan özünü tərəfdarlarına göstərmək üçün istifadə edir”, - yazıda deyilir.

Məqalə müəlliflərinin rəyinə görə, sanksiyaların olduqca ehtiyatsız biçimdə tətbiqi dünya iqtisadiyyatı üçün daha geniş planda təhlükə törədir.

“ABŞ-ın cəzaları həm də onun müttəfiqlərini Rusiya və Çin kimi stateji rəqiblərinin ağuşuna itələyir. Moskva Türkiyə ilə bağlı son proseslərdə əllərini sevincək bir-birinə sürtür. Çin isə Vaşinqtonun arasını vurduğu Pakistana öz xidmətini təklif edir. Ölkənin maliyyə vəziyyətinin ürəkaçan olmamasına rəğmən, ehtimal ki, ÇXR rəhbərliyi Ankaraya da yardım əlini uzada bilər”,- yazıda bildirilir.



“FT” ABŞ-ın son siyasi addımlarının Vaşinqtona yaxın sayılan ölkələri belə dollardan və Amerikanın dominantlıq etdiyi maliyyə şəbəkələrindən üz döndərməsinə gətirib çıxaracağı barədə xəbərdarlıq edir.

Belə ki, Moskva artıq “Visa” və “Mastercard” ödəmə kartlarına alternativ olaraq öz ödəmə sisteminii dövriyyəyə buraxır. Rusiya bununla “Swift” maliyyə sistemindən çıxarılacağı təqdirdə özünü qorumaq istəyir.

“Bütün bunlara görə, Vaşinqton sanksiyaları ağılla işlətməlidir. Əks təqdirdə bu onu gücünü artırmaz, əksinə, ABŞ tərəfindən qurulan və idarə edilən qlobal siyasi düzənin və ticarət sisteminin daha da çökməsinə gətirib çıxarar”, - məqalənin yekununda qeyd olunub.

Musavat.com




Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap