Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Turan Tovuz” DÇ-2026-ya görə hər gün qacanc əldə edəcək - Məbləğ…

Tarix 08.06.26, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


“Turan Tovuz” qarşıdan gələn dünya çempionatına görə FİFA-dan gəlir əldə edəcək.

QOL.az-ın xəbərinə görə, bu, komandanın futbolçusu Roderik Milllerin mundialda iştirakına görə olacaq. Daha əvvəl məlumat verdiyimiz kimi, 34 yaşlı müdafiəçi DÇ-2026-nın iştirakçılarından olan Panama millisinin 26 nəfərlik yekun heyətində yer alıb.  

FİFA rəsmi saytı vasitəsi ilə elan edib ki, dünya çempionatında milli komandalarla yanaşı, klublar da maliyyə qazancı əldə edəcək. FİFA Şurası təsdiqləyib ki, mundial üçün 250 milyon dollarlıq fond ayrılıb.  11 iyun - 19 iyul tarixlərində keçiriləcək final mərhələsində futbolçuları iştirak edən klublar arasında bölüşdürüləcək. Burda ödənişlər futbolçunun heyətdə yer alması və turnirdə keçirdiyi günlərin sayına əsasən hesablanacaq. İlkin hesablamalara görə, minimum ödəniş hər futbolçu üçün gündə təxminən 5000 dollar olacaq. Dəqiq məbləğ turnirdən sonra açıqlanacaq.

Bu o deməkdir ki, DÇ-2026-nın final mərhələsinin başlandığı 11 iyundan etibar “Turan Tovuz” Roderik Millerə görə hər gün üçün ən azı 5000 min dollar gəlir əldə edəcək. Panama millisi İngiltərə, Xorvatiya və Qana ilə birgə L qrupunda yarışacaq. Onlar qrupda son matçlarını iyunun 28-də İngiltərəyə qarşı keçirəcəklər. Bu o deməkdir ki, Miller DÇ-2026-da qalacağı ən azı 18 gün müddətində 90 min dollar gəlir gətirəcək. Lakin Panama qrup mərhələsini adlayarsa, məbləğ daha da arta bilər.

Xatırladaq ki, mundialda Azərbaycan Premyer Liqasından olan ilk və hələlik yeganə futbolçu Roderik Millerdir.



Xəbərin oxunma sayı : 1105




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap