“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İTV-nin canlı yayımına haker hücumu oldu - “Təcili tədbirlər görülməlidir”

Tarix 09.02.25, 11:06

Font ölçüsü : - / +
bitmap-img6


“İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub. Bu anlarda İTV-nin rəsmi saytına daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib”.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, dövlətin rəsmi informasiya resurslarından biri olan kanalın hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunun nümunəsidir: “Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasızdan istifadə ediblər.

İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir.

Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil.

İki gün öncə kibertəhlükəsizliklə bağlı, bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur. Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır.

Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytlarıyla bağlı, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir.
Xatırlayıram ki, o zaman İTV bu qeyd etdiklərimə münasibət açıqlayarkən hər şeyin yüksək vəziyyətdə olduğunu bildirmişdi”.

O bildirib ki, televiziyalara bu cür hücumlar həm də, yayıma kənar müdaxilə riskidir: “İndi təsəvvür edin ki Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki bu tip çıxışların vaxtı da adətən öncədən bilinir.

İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı, kiber audit təşkil etdirməlidir.

Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir”.

Qeyd edək ki, hazırda telekanalın rəsmi saytına daxil olanda aşağıdakı görüntü meydana çıxır.



Xəbərin oxunma sayı : 754




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap