Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İTV-nin sifariş əsasında material hazırlanması barədə fikirlər əsassızdır - DİN-dən açıqlama

Tarix 25.02.21, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materialla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusunu cavablandırıb.

AzFakt.com Ehsan Zahidova ünvanlanan sualı və DİN rəsmisinin cavabını təqdim edir:

- Bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən material nümayiş etdirildi. Bu ictimaiyyətdə təəccüb doğurmaqla yanaşı, həm də müxtəlif söz-söhbətlərə səbəb oldu. Sizə elə gəlmirmi ki, qeyd olunan material kimlərinsə sifarişi ilə hazırlanmışdı?

- Əvvəl onu qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki, qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir.



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap