Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ŞUŞA - Azərbaycanın tarixi mədəniyyət mərkəzi - Qarabağın baş tacı

Tarix 11.05.21, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağın döyünən ürəyi olan Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, bizim tarixi qələbəmizdir. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Qafqazın incisi - Şuşa 28 il ərzində işğal altında qalsa da, hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq.

Müzəffər ordumuz Cənab Ali Baş Komandanımızın başçılığı ilə  sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Bu qələbə ilə  Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qarabağın tacı olan Şuşa işğalçı ölkə üçün psixoloji baryer idi. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük
mənəvi məna daşıyır. 10 Noyabr Bəyanatının  imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan
azad edilməsidir. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyuldu.  Eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olundu. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq,
müzəffər ordumuz! Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı hərb tarixində yeni səhifələr açdı. Bu döyüşlər nəinki bizim dərsliklərə salınacaq, həmçinin dünya hərb
tarixinə bir töhfədir. Fikirlərimi Ali Baş Komandanın aşağıdakı sözləri ilə tamamlamaq istəyirəm. “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni xalqıma verirəm. Hesab edirəm ki, bu
bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm
böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad olunan digər torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın otuz illik
həsrətinə son qoyulur”.

Bəli 30 illik həsrətə son qoyuldu. Biz Şüşamıza- Xarı bülbülümüzə qovuşduq. Bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandanımız İlham Əliyev və Şanlı Ordumuzdur! Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan.

Məleykə Ağayeva



Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap